Naxçıvan
abidələri ensiklopediyası
işıq üzü görüb
Azərbaycan Milli
Elmlər Akademiyasının Naxçıvan Bölməsinin
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun
əməkdaşları tərəfindən hazırlanan
"Naxçıvan abidələri" ensiklopediyası
İstanbulda işıq üzü görüb. Azərbaycanın görkəmli dövlət xadimi
Heydər Əliyevin xatirəsinə ithaf olunan ensiklopediyada
Naxçıvanın qədim yaşayış
məskənləri, tarixi, memarlıq və təbiət
abidələri, maddi-mədəniyyət nümunələri,
körpülər, qalalar, ziyarətgahlar, pirlər haqqında
ətraflı məlumatlar
toplanılıb. 231 arxeoloji, 13 tarixi, 50 memarlıq, 18
təbiət, 2 tarixi arxeoloji, 47 tarixi memarlıq abidəsi, 22
monumental sənət abidəsi, o cümlədən 5 tarixi
xəritə, 21 tarixi abidənin layihəsinin verildiyi ensiklopediyada
806 şəkil və 600-ə yaxın məqalə dərc
edilib. "Naxçıvan abidələri"
ensiklopediyası iki dildə - Azərbaycan və ingilis
dillərində nəşr olunub. Bu gün Naxçıvan
şəhərindəki Heydər Əliyev Muzeyində
"Naxçıvan abidələri"
ensiklopediyasının təqdimat mərasimi
keçiriləcək.
Üç nöqtə.- 2008.- 20 noyabr.- S. 13.