Oğlanqala qədim yaşayış məskənində tunc dövrünə aid abidə aşkarlanıb

 

Şərur rayonundakı Oğlanqala qədim yaşayış məskənində tunc dövrünə aid, diametri 5 metr olan kromleks (kurqan ətrafında daşlardan ibarət halqa) aşkarlanıb.

Əraziyə baxış keçirən AMEA Naxçıvan bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnistitutunun əməkdaşlarının ilkin ehtimallarına görə, abidə bu ərazidə məskunlaşan köçəri-maldar tayfalarla bağlıdır. Onlar hesab edirlər ki, eramızdan əvvəl III minilliyə aid olan abidənin tədqiqi Çəhriçay vadisinin tarixi ilə bağlı yeni məlumatlar verə bilər.

Məlumat üçün bildirək ki, qeydiyyata alınan bu abidə son bir ildə Babək rayonunun Payız kəndində Çalxanqala ərazisindəki Qavaldaşdan sonra tapılan ikinci kompleksdir.

 

Səs.- 2008.- 22 noyabr.- S. 16.