Əkbərova S.
Fundamental toplu
"Prezident İlham Əliyev və mədəniyyət" kitabı
Muzey Mərkəzində "Prezident İlham Əliyev və mədəniyyət" 2 cildlik kitabın təqdimat mərasimi keçirilmişdir. Nəşr Mədəniyyət və Turizm Nazirliyi və Prezident Kitabxanasının birgə layihəsinin əsasında ərsəyə gəlmişdir.
Təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, tanınmış ziyalılar, incəsənət xadimləri, mədəniyyət müəssisələrinin işçiləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev açmış, kitabın məziyyətlərindən danışmışdır.
Tədbirdə həmçinin Nizami adına Milli Ədəbiyyat Muzeyinin direktoru Rafael Hüseynov, xalq artisti Arif Babayev, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Neymətov çıxış etmişlər.
Adından göründüyü kimi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə işıq üzü görən "Prezident İlham Əliyev və mədəniyyət" 2 cildlik toplusu Azərbaycan Prezidenti İlham Əliyevin son 5 il ərzində mədəniyyətimizin inkişafına göstərdiyi qayğı və diqqəti, bu sahədə baş verən böyük və uğurlu dəyişiklik və yenilikləri əks etdirir.
Toplunun I cildində Prezident İlham Əliyevin mədəniyyət müəssisələrinin açılışında iştirakı, mədəniyyət xadimləri ilə görüşləri, nitq və çıxışları, mədəniyyət xadimlərinə göndərdiyi təbrikləri, II cildində isə Prezidentin mədəniyyət, ədəbiyyat, tarixi-mədəni irsimiz haqqında dəyərli fikirləri, mədəniyyətin ayrı-ayrı sahələrilə bağlı qanunlar, imzaladığı sərəncam və fərmanlar toplanmışdır.
Layihənin rəhbəri Mədəniyyət və
Turizm naziri Əbülfəs Qarayev, tərtibçilər Lətifə
Məmmədova və
Mayıl Əhmədov,
elmi məsləhətçilər
Teymur Əhmədov və Əli Eyvazovdur. Toplunun hazırlanmasında AzərTac-ın materiallarından istifadə edilmişdir.
Yeni Mədəni-maarif jurnalı.- 2008.- № 11.- S. 4.