Nəzərli T.
Buranın payızı da gözəldir. Magistral yoldan rayon mərkəzinə tərəf dönəndə
füsunkar payız mənzərələri adamın
ruhunu oxşayır. Yolun kənarları boyu sıralanmış ağaclardan qopub düşən, uçuşan
qızılı yarpaqlar
abadlığın, səliqə-sahmanın fonunda daha sehrli görünür.
Rayon mərkəzinə
yaxınlaşdıqca hiss
edirsən ki, abad və müasir
bir şəhərə
daxil olursan. Adama elə gəlir ki, tikinti-quruculuq istiqamətində
rayonda görüləsi
bir iş qalmayıb. Rayon icra hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə ilə
Qax-Muğal kanalı tərəfdə görüşürük.
Təəssüratımızdan razılığını bildirir.
Ancaq qeyd edir ki, hələ
görülməli işləri
çoxdur.
Suvarma üçün
böyük əhəmiyyət kəsb edən Qax-Muğal
kanalının uzunluğu 4 kilometrdir. Kanalın
içi lildən təmizlənmiş, mövsümi
işlər başa çatdırılmışdır. Kanalın kənarına dəmir məhəccər
vuran, piyadalar üçün səki düzəldən fəhlələrə
iş avandlığı
arzuladığımız vaxtda
Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Camalov gəlib çıxır.
Söhbət əsnasında
idarənin istismar tədbirləri və əsaslı təmir işləri ilə maraqlanırıq. S. Camalov
bildirir ki, ilin əvvəlindən bəri 2017 kubmetr beton bənd, 819 kubmetr qabion bənd tikilmiş, 167,5 min kvadratmetr həcmində suvarma kanalları lildən təmizlənmişdir. Bu
işlər əsasən
Kürmükçay məcrasında
və ayrı-ayrı suvarma şəbəkələrində yerinə yetirilmişdir. Yeri gəlmişkən bildirək ki, Kürmükçay məcrasında
462 kubmetr təmizləmə
işləri aparılmış,
Əlibəyli və İbaxlı kəndlərini
qoruyan beton bəndlərin aralarındakı
ayrı-ayrı hissələrdə qabion bəndləri tikilmişdir.
Tikilmiş bəndlərin
üzərinə çay
məcrasından torpaqqoruyucu
bəndlər vurulmuşdur.
Hazırda Əlibəyli kəndi
ərazisindəki çay
məcrasında təmizləmə
işləri, Kürmükçay
məcrasında Qax şəhəri ərazisini
qoruyan daş-beton bənddə təmir, Zəyəm kəndi ərazisindən keçən
Lələli, Dəymədağlı
və Qıpçaq suvarma kanallarında lildən təmizləmə işləri
aparılır.
S.Camalov həmçinin
bildirir ki, ilin əvvəlindən bəri 15 hidrotexniki
qurğu, 6 hidrotexniki post, 3 mülki və istehsalat binası
cari təmir edilmiş, əsaslı təmir planı
üzrə Qax-İngiloy kanalında 4020, Qax-Muğal
kanalında 3200 metr torpaq kanal beton üzlüyə
alınmış, İlisu selötürücü qurğuda
təmizləmə, Cəlayer su götürən qurğuda
və Qaşqaçay su kəmərində əsaslı
təmir işləri görülmüşdür.
Onu da qeyd edək ki,
Prezident İlham Əliyev bu ilin sentyabr ayında
Şəki-Zaqatala bölgəsinə səfəri
çərçivəsində Qax rayonunda da olmuş,
şəhər parkı ilə tanışlıqdan sonra
ümummilli lider Heydər Əliyevin abidəsinin
açılışı mərasimində, həmçinin
Qax şəhərində tikilicək idman kompleksinin
təməlqoyma mərasimində iştirak etmiş,
ictimaiyyətin nümayəndələri ilə
görüşmüşdür. Bu gün hər bir qaxlı həmin görüşü
böyük məhəbbətlə
xatırlayır. Qaxın köhnə
Şəki yoluna çıxışını birləşdirən körpünün
əsaslı təmir
işlərini aparan Qax 16 saylı Yol İstismar İdarəsinin rəisi Əhməd Mirzəbəyov
deyir ki, Prezidentin bölgəyə
səfəri bizi yeni qələbələrə
ruhlandırdı, rayonda
tikinti-quruculuq işləri
daha da sürətləndi.
Rayon icra hakimiyyəti
başçısının birinci müavini Tahir
İsmayılovla inşası başa çatmış
tikiş fabrikinə baş çəkirik. Öyrənirik ki, bu yeni müəssisədə
45 nəfər işlə
təmin olunacaq.
Prezident İlham
Əliyev demişdir: "Azərbaycanda bütün
bölgələrdə sürətli inkişaf gedir. Bizim maddi imkanlarımız
artır və istəyirik ki, bu imkanlardan səmərəli istifadə
edək. Azərbaycan üçün vacib olan məsələlər
öz həllini tapsın, bütün bölgələrdə inkişaf
daha da sürətlə
getsin". Qax rayonu da bu
inkişafdan bəhrələnir.
Rayonun bugünkü sosial-iqtisadi imkanları, həyata keçirilən
layihələr təkcə
qaxlılar üçün
nəzərdə tutulmur.
Gözəl təbiəti
olan Qax həm də turizm məkanıdır. Bu baxımdan daha geniş turizm imkanlarının gerçəkləşdirilməsi diqqətdən kənarda qalmamalıdır.
Azərbaycan.- 2008.- 23 noyabr.- S. 5.