Əliyev Ə.
Strasburqdakı “Azərbaycan
evi” xüsusi fəaliyyət proqramı
hazırlamışdır
Strasburqda fəaliyyət
göstərən "Azərbaycan
evi" ölkəmizlə
bağlı həqiqətləri
müntəzəm olaraq
fransız xalqına çatdırmaq məqsədi
ilə 2009-cu il üçün "Azərbaycanı
tanıyaq" adı
altında xüsusi fəaliyyət proqramı
hazırlamışdır.
Proqramda hər
ayın son həftəsində iki saat efirə çıxacaq
radio verilişlərində ölkəmizdə baş
verən mühüm hadisələr barədə dolğun
və operativ məlumatın verilməsinin
təkmilləşdirilməsi, "Azərbaycan evi"nin
nəzdində kinoklub yaradılması və orada Azərbaycan
filmlərinin nümayiş etdirilməsi, azərbaycanlı
gənclər və tələbələr arasında
şahmat yarışlarının, Azərbaycan dili,
rəqsləri və mətbəxi kurslarının
təşkil olunması öz əksini tapmışdır.
Qurum fransız
gəncləri ilə azərbaycanlı
tələbələrin yaxın ünsiyyətdə
olması üçün Azərbaycan mahnı və
rəqslərinə həsr olunmuş gecələr,
müxtəlif mövzularda sərgilər təşkil
etməyi də qarşısına məqsəd qoymuşdur. Fransa televiziyasının "Odissey" verilişində
Azərbaycan filmləri
nümayiş ediriləcəkdir.
Proqramda yerli
təşkilat və qurumlarla sıx əlaqə yaratmaq
məqsədi ilə Mark Blok Universitetinin türkologiya departamenti
ilə birlikdə Azərbaycan ədəbiyyatına dair
gecələrin təşkilinə xüsusi yer
ayrılmışdır. "Azərbaycanla
mədəniyyət və təhsil sahəsində
əlaqələr", Bakı-Tbilisi-Ceyhan neft kəməri
və Avropanın enerji strategiyası, "Avropanın enerji
daşıyıcıları ilə təmin edilməsində
Azərbaycanın rolu" və digər mövzularda
konfranslar təşkil ediləcəkdir.
Ölkəmizin
tarixi, əlamətdar hadisələr, Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü,
digər bayramlar, 20 Yanvar və Xocalı faciələri
ilə bağlı tədbirlərin keçirilməsi də
qərara alınmışdır.
Azərbaycan.- 2008.- 18 noyabr- S. 6.