Arifə
Azərbaycan rəssamlarının
əsərləri Dallas hərracında satışa
çıxarılıb
ABŞ-ın Texas ştatının Dallas şəhərində
dünyanın üçüncü
böyük hərrac
salonu olan "Heritage Auction Gallery"də hərrac açılıb.
Auksionda
Azərbaycanın iki tanınmış rəssamı -
Mikayıl Abdullayev və Böyükağa Mirzəzadənin
10 tablosu orada satışa çıxarılıb. M.Abdullayevin "Qorkinin portreti", "Gülən
qadın", daha əvvəl 60 min dollara satılan "Stalin tabutda" əsərinin başqa variantı, "Hindistan qadınları" tabloları,
B.Mirzəzadənin isə
"Çılpaq qadın"
və "?Siqaretçəkənlər"
adlı tabloları auksiona çıxarılan
məşhur sənət
əsərləri arasında
yer alıb.
525-ci qəzet.- 2008.- 22
noyabr.- S. 21.