Berlində “Berlin-Bakı Qalereyası”nın yeni salonu açıldı

 

Alman rəssamı Peter Föllerin “Dağlıq Qarabağ” tab­losu xüsusi maraqla qarşılanıb

 

Berlin şəhərində "Berlin-Bakı Qalereyası"nın yeni sərgi salonu açılıb. Qalereyanın yeni salonunda rəssamlar İbrahim Əhrari, Peter Föller, Falko Hamm Rövşən Hacızadənin əsərlərindən ibarət sərgi təşkil edilib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov sərgiyə himayədarlığı öz üzərinə götürüb. Sərginin açılışında qalereyanın rəhbəri İbrahim Əhrari son bir ildə keçirilmiş çoxsaylı tədbirlər barədə məlumat verib gələcəkdə qalereyanın Azərbaycan Almaniya arasında mədəni mübadilənin, xüsusilə təsviri incəsənət sahəsində fəaliyyətin genişləndiriləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən səfir Pərviz Şahbazov bu il Almaniyada yekunlaşmaqda olan "Azərbaycan İli" mədəniyyət proqramı, Azərbaycan Almaniya arasında mədəni əlaqələrin uğurlu inkişafı, Azərbaycan diasporunun milli mədəniyyətin ölkəmizin hüdudlarından kənarda təbliği işində rolu barədə danışıb. Səfir qeyd edib ki, proqram başa çatmaq üzrə olsa da, onun nəticələri elə bir uğurlu baza yaradıb ki, qarşıdan gələn illərdə həmin bünövrə üzərində daha möhtəşəm tədbirlərə imza atmaq mümkün olacaq. Sərgidə alman rəssamı Peter Föllerin "Dağlıq Qarabağ" tablosu tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Mücərrəd üslubda çəkilmiş tabloda köksünə balta saplanmış Azərbaycanın qəlbindən axan qan təsvir edilir. Tamaşaçıya geniş yozum imkanları verən əsərdə, eyni zamanda, içərisindən günəş işığı gələn bir qapı təsviri vardır ki, sənətkar bununla münaqişənin çözümünə böyük ümid bəslənildiyini ifadə edib. Azərbaycan mücərrəd rəssamlığında Qarabağ probleminə o qədər müraciət edilmədiyini bildirən rəssam, məhz bu məqsədlə respublikamızda səfərdə olduğunu ölkədə olarkən bu əsəri işləmək üçün onda təəssüratlar yarandığını bildirib.

"Berlin-Bakı Qalereyası" 1 il öncə Almaniyada yaşayan həmvətənimiz, rəssam İbrahim Əhrari azərbaycanlı incəsənət xadimi Emil Məmmədovun təşəbbüsü ilə yaradılıb.

 

Üc nöqtə.- 2008.- 20 noyabr.- S. 13.