Heydərova L.


Mənim sevimli nağılım

 

Tədbirdə iştirak edən valideynlər, müəllimlər liseyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin işini yüksək qiymətləndirərək şagirdlərinin də bu müsabiqəyə qatılmasını təqdirəlayiq hal hesab etdilər. Respublikanın əməkdar rəssamı professor Rafael Muradov "İnkişaf Dünya" ictimai birliyinin rəhbəri Namazəli Mustafayev xalq nağıllarına uşaqlar tərəfindən çəkilən rəsmlərə rəylərini bildirərək, ayrı-ayrı işləri müzakirə etdilər. Çəkilən rəsmlər dərnək rəhbəri valideynlər tərəfindən yüksək qiymətləndirildi. Tədbir iştirakçıları Azərbaycan nağıllarının qəzetlərdə ingilis dilində çapını həmin nağıllara uşaqların çəkdikləri rəsmlərə yüksək dəyər verdiklərini vurğuladılar.

Respublikanın əməkdar rəssamı Rafael Muradov çox böyük həvəslə gənc rəssamlara master-klas dərsi keçdi. Müsabiqəyə yeni qatılan Bakı Slavyan Universitetinin Humanitar liseyinin şagirdləri öz eskiz rəsmlərini təqdim etdilər. Rafael Muradov gənc rəssamlara öz dəyərli məsləhətlərini verdi bir neçə mərhələdən sonra ən gözəl rəsmlərin seçiləcəyini bildirdi.

Azərbaycan.- 2008.- 15 noyabr.- S. 8.