Haaqada Azərbaycanın
Holland Dostları cəmiyyəti təsis edilmişdir
Azərbaycanın Niderland
Krallığındakı səfirliyindən
AzərTAc-a bildirmişlər
ki, noyabrın
17-də Haaqada "Azərbaycanın
Holland Dostları" (AHD) cəmiyyətinin
təsis iclası keçirilmişdir.
Haaqanın "Carlton Ambassador" otelinin konfrans zalında toplaşan mərasim iştirakçılarını
salamlayan AHD cəmiyyətinin
icraçı direktoru
Marion van der Veqt qurumun yaradılması, əsas məqsədləri,
gələcək fəaliyyəti
barədə məlumat
vermişdir. Qeyd olunmuşdur
ki, cari ilin may və
iyun aylarında Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə Bakıda keçirilmiş
beynəlxalq konfransların
iştirakçısı olan
bir qrup holland ziyalısı vətənə qayıdandan
sonra Azərbaycanla bağlı təəssüratlarını
Niderland ictimaiyyətinin
geniş dairələrinə
çatdıraraq "Azərbaycanın
Holland Dostları"
cəmiyyətinin yaradılması
təşəbbüsünü irəli sürmüş və bu təşəbbüsün
reallaşmasına nail
olmuşlar.
Marion van der
Veqt vurğulamışdır ki, Niderlandın Avropa
ölkələri ailəsinin digər üzvü olan,
dünyada ən sürətli iqtisadi inkişafa malik, regionun
siyasi liderinə çevrilmiş, öz nadir tarixi,
mədəniyyəti, tolerantlığı ilə
seçilən, sivilizasiyalararası dialoqu təmin etmək
iqtidarında olan Azərbaycan ilə
əməkdaşlığının
genişləndirilməsi holland xalqının maraqlarına
cavab verir. Bildirilmişdir ki, tərkibində
Azərbaycana rəğbət
bəsləyən Niderlandın
tanınmış elm
və mədəniyyət
xadimlərini, ziyalıları,
parlament üzvlərini,
ictimai birliklərin nümayəndələrini, jurnalistləri
və iş adamlarını birləşdirən
cəmiyyətin əsas
məqsədi bu ölkənin Azərbaycan ilə əlaqələrinin
inkişafına təkan
verməklə ölkələrimiz
arasında mövcud olan ikitərəfli əməkdaşlığı tərəfdaşlıq səviyyəsinə
yüksəltməkdən ibarətdir.
Azərbaycan
haqqında sənədli film nümayiş etdirildikdən sonra
çıxış üçün söz Azərbaycan
Respublikasının Niderland Krallığındakı
səfiri Fuad İsgəndərova verilmişdir. Mərasim iştirakçılarını
salamlayan səfir Azərbaycan-Niderland münasibətlərinin inkişafı
haqqında ətraflı
məlumat vermiş, ölkələrarası əməkdaşlığın
genişlənməsində vətəndaş cəmiyyətinin,
ictimai təşkilatların
xüsusi rol oynadığını vurğulamış,
AHD-nin yaradıcılarına
və üzvlərinə
təqdirəlayiq
təşəbbüsə görə təşəkkürünü
bildirmiş, təşkilata
gələcək fəaliyyətində
uğurlar arzulamışdır.
Mərasimdə
AHD-nin idarə heyəti seçilmişdir. Cəmiyyətin sədri vəzifəsinə Azərbaycana
böyük rəğbət
bəsləyən, ölkəmizlə
uzun müddət səmərəli əməkdaşlıq
təcrübəsinə malik,
dünya miqyaslı siyasətçi, Avropa Şurası Parlament Assambleyasının sabiq baş katibi, Niderland parlamentinin Yuxarı Palatasının nüfuzlu senatorlarından
biri olan Rene van der
Linden seçilmişdir.
İdarə
heyətinə Niderlandın keçmiş xarici işlər
naziri, ölkənin siyasi elitasında böyük nüfuza
malik, bir sıra tanınmış beynəlxalq
təsisatların rəhbəri və fəxri üzvü,
doktor Bernard Bot, Niderlandın Sərhəd
Qoşunlarının sabiq komandanı, holland
hərbçiləri sıralarında xüsusi hörmət
sahibi olan, hazırda ədliyyə nazirinin müşaviri
vəzifəsində çalışan general-leytenant Diderik
Fabius, Leyden Universitetinin Azərbaycan üzrə tarixi
araşdırmalar, təlim proqramları və elmi
tədqiqatların təşkili sahəsində
ixtisaslaşmış professor Turac Atabaki, uzun müddət
Beynəlxalq Miqrasiya Təşkilatının
Azərbaycandakı nümayəndəsi vəzifəsində
çalışmış və bu dövr ərzində
ölkəmizdə bir sıra layihələrin həyata
keçirilməsinə nail olmuş, hazırda Beynəlxalq
Miqrasiya Təşkilatının Niderland üzrə
təmsilçisi Yost van der Aalst, Azərbaycanın bir sıra
rayonlarında kənd təsərrüfatı sahəsində
yeni texnologiyaların tətbiqi sahəsində ölkə fermerləri
ilə əməkdaşlıq edən "Avalon Fondunun"
icraçı direktoru Martin Lankaster seçilmişlər.
Cəmiyyətin
sədri Rene van der Linden tədbir
iştirakçılarına ona etimad
göstərdiklərinə görə təşəkkür
edərək, Azərbaycana olan xüsusi münasibətini
vurğulamış, ölkəmizə səfərlərini
və qazandığı azərbaycanlı dostlarını
xatırlayaraq, qurumun üzvlərini ölkəmizi Niderlandda
daha yaxından tanıtmağa, onun nailiyyətlərini daha
geniş təbliğ etməyə
çağırmış, təşkilatın iki
dövlət arasında münasibətlərin möhkəmləndirilməsi
istiqamətində daim dəstək
göstərəcəyinə ümidvar olduğunu
söyləmişdir.
Doktor Bernard Bot
ölkəmizin tolerantlıq və sivilizasiyalararası dialoqun
həyata keçirilməsi sahəsindəki
nailiyyətlərindən, Azərbaycanın sürətli
inkişafından danışmış, dövlətlərarası
münasibətlərin daha yüksək səviyyəyə
gətirilməsi arzusunu bildirmişdir.
Mərasimin
rəsmi və ziyafət hissələrində təşkil
olunmuş müzakirələr zamanı AHD
tərəfindən siyasi, iqtisadi və humanitar sahələr
üzrə 2009-cu il üçün nəzərdə
tutulmuş tədbirlərin keçirilməsinə dair konkret
təkliflər irəli sürülmüşdür.
Azərbaycan.- 2008.- 20 noyabr.- S. 2.