İbrahimova S.
Rasim Babayevin sərgisi
Nyu-Yorkda açılıb
Noyabrın əvvəllərindən başlayaraq
Nyu-Yorkun "Hallery
MC" salonunda Azərbaycan
rəssamı Rasim Babayevin əsərlərindən
ibarət sərgi açılıb. Bu barədə
Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla
İş üzrə
Dövlət Komitəsinin
mətbuat xidmətindən
xəbər verilib.
Məlumatda bildirilir ki,
sərgi "Azerbaiyan
Art Exhibition" adlanır.
Qeyd edək
ki, Rasim Babayev Əzim Əzimzadə adına
Azərbaycan Dövlət
Rəssamlıq Məktəbində,
daha sonra isə Surikov adına Moskva Rəssamlıq İnstitutunda
təhsil alıb. Onun əsərləri bir sıra xarici ölkələrdə nümayiş
etdirilib. Azərbaycanlı rəssamın Tretyakov Qalereyasında və Şərq xalqları incəsənəti muzeyində
də əsərləri
saxlanır. Xatırladaq ki,
sözügedən sərgi
noyabrın 15-nə kimi
davam etdiriləcək.
Kaspi.- 2008.- 8-10 noyabr.-
S. 16.