Rusiya hökumətinin sədri görkəmli həmvətənimiz, SSRİ xalq rəssamı Tahir Salahovu yubileyi münasibətilə təbrik etmişdir

 

AzərTAc xəbər verir ki, Rusiya Federasiyası hökumətinin sədri Vladimir Putin görkəmli həmvətənimiz, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ xalq rəssamı Tahir Salahova 80 illik yubileyi münasibətilə təbrik teleqramı göndərmişdir.

Teleqramda deyilir: "Sizin zəngin və böyük uğurlarla əlamətdar olan yaradıcılıq yolunuz sevimli işə sədaqətlə xidmət etmək nümunəsidir. Siz peşəkar fəaliyyətiniz dövründə özünüzü təsviri sənət sahəsində ən yaxşı ənənələri ləyaqətlə davam etdirən müqtədir bənzərsiz rəssam, istedadlı pedaqoq hami kimi göstərmisiniz".

Rusiya hökumətinin başçısı yubilyara möhkəm cansağlığı diləmiş, ən xoş arzularını bildirmişdir.

 

Azərbaycan.- 2008.- 30 noyabr.- S. 2.