Samirə

Səttar Bəhlulzadə - 100

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Universitetində görkəmli fırça ustası Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə tələbələrin rəsmlərindən ibarət sərgi təşkil olunub. Universitetin rektoru İsa Həbibbəyli Azərbaycan təsviri incəsənətinin bənzərsiz nümayəndəsi S.Bəhlulzadənin 100 illik yubileyinin ölkə prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə YUNESKO səviyyəsində qeyd edilməsini dövlətin milli mədəniyyətə göstərdiyi qayğının bariz nümunəsi sayır. Tədbir fırça ustasının yaradıcılığına həsr olunmuş konfransla davam etdirilib.
   

Həftə içi.- 2008.- 8-10 noyabr.- S. 8.