Qaliboğlu E.
“Allah onları qara
yaradıb, amma işləri üzağardandır”
Ağac
üzərində xəttoyma ustası Seyfəddin
Mənsimoğlu Tunisdə Azərbaycanı təmsil edib
Bu günlərdə
Tunisdə keçirilən beynəlxalq konqresdə iştirak
edən ağac üzərində tanınmış
xəttoyma ustası Seyfəddin Mənsimoğlu
Azərbaycanı uğurla təmsil edib. Konfransın
təəssüratlarını bizimlə bölüşən
S.Mənsimoğlu bildirdi
ki, tədbir "Arxitektura layihələrində
ənənəvi əl
sənətlərinin tətbiqi"
adlanıb: "Tədbir
İslam Konfransı Təşkilatı nəzdində
İslam Tarixi, İncəsənəti və
Mədəniyyəti üzrə
Tədqiqat Mərkəzi,
Tunis Respublikasının
Əl Sənətləri
Milli Agentliyi, Ticarət və Ənənəvi Sənaye
Nazirliyi, Mədəniyyət
və İrsin Qorunması Nazirliyi ilə birgə təşkil edilmişdi. Konqres zamanı üzv ölkələr üçün ayrılmış
sərgi-salonlarda həmin sahə üzrə fəaliyyət
göstərən sənətkarların
öz əsərlərini
və iş texnikalarını nümayiş
etdirmələri nəzərdə
tutulmuşdu. Sərgilərin bu mövzularda - arxitektura layihələrində
istifadə oluna biləcək ənənəvi
(milli) memarlıq işləri nümunələrinin
sərgisi, sənətkarların
bilavasitə çalışmalarını
nümayiş etdirən
sərgi, üzv ölkələrin arxitekturasında
istifadə olunan və arxitektura quruluşuna daxil ola biləcək ənənəvi memarlıq işləri sahəsində nəşr
olunmuş albom, kataloq və kitabların sərgisi olub".
Tədbirə
Azərbaycan tərəfdən tədbirdə iştirak
etmək üçün bir nəfər əl
sənətləri üzrə mütəxəssis və
həmin sahə üzrə iki nəfər usta dəvət
olunmuşdu: "Açığını deyim ki, bu
səfər əvvəlki yaradıcılıq
səfərlərimdən fərqli olaraq xatirimdə daha
yaxşı iz buraxdı. Memarlıq və İncəsənət
İnstitutunun professoru
Ərtəkin Salamzadə,
Şəkidən Tofiq
adlı şəbəkə
ustası da bu tədbirə qatılmışdı. Burada
müxtəlif ölkələrdən yüzlərlə sənətkar və mütəxəssis iştirak
edirdi. Hər halda Şərqin sözügedən sahədə
sənətkarlarının yaradıcılığı ilə
hərtərəfli tanışlıq
imkanım oldu. Müxtəlif ölkələrdən
gələn sənətkarların
rəngərəng də
yaradıcılıq üslubları
da vardı. Maraqlı şəbəkə
işləri nümayiş
etdirilirdi. Həmin işlərin içərisində
daha çox xoşuma gələn Türkiyədən gəlmiş
bir sənətkarın
işləri oldu. Doğrudan da onun şəbəkə işləri misilsiz bir ustalıqla yaradılmış nümunələr
idi.
Şəkidən
gedən soydaşımızın şəbəkə
işləri də maraqla qarşılandı. Təvazökarlıqdan uzaq olaraq deyə bilərəm ki, o sərgidə
ağac üzərində
xəttoyma işlərimə yaxın mövzuda belə işlərə rast gəlinmədi. Hər halda arzu edirdim
ki, belə əsərlərə rast
gəlim, həmin sənətkarlarla fikirlərimi
bölüşüm. Qənaətim
isə o oldu ki, bundan
sonra daha da məsuliyyətlə yaradıcılıq işləri
ilə məşğul
olmağım gərəklidir.
Sərgiyə gələnlər
işlərə böyük
maraqla, heyranlıqla baxırdılar. Sonradan fikirləşdim ki, gərək sərgiyə
çox iş aparaydım. Budəfəki
tədbirə cəmi
iki iş aparmışdım".
Seyfəddin Mənsimoğlu Tunisin adamlarının mehribanlığı, ölkənin təmizkarlığı barədə maraqla danışır: "Bu ölkədə rastlaşdığım bir sıra məqamlar barədə danışmaq istərdim. Bunlardan biri də odur ki, adamlar biri-birlərilə rastlaşarkən tanımadıqları adam da olsa, ürəklə salamlaşırlar. Halbuki bizdə belə deyil. Hər yan tərtəmizdir. Bizim tədbirin keçirildiyi yer təmiz olmaqla həm də siqaret çəkmək üçün imkan belə yox idi. Çox uzaqda siqaret çəkmək üçün yer ayrılmış, külqabı qoyulmuşdu. Qaldığımız mehmanxananın həyətində o qədər ürəklə işləyirdilər ki, yalnız öz həyətində bu cür işləyə bilərsən. Biz Aralıq dənizindən bir neçə yüz metr kənarda qalırdıq. Dənizin sahillərində qum o qədər təmiz idi ki, sanki ələkdən keçirib səpmisən. Binaların gözəlliyindən doymaq olmur. Deyirəm, Allah onları qara yaradıb, amma işləri üzağardandır. Gəzinti zamanı bir ərəblə söhbətimiz yadımdan çıxmır. O, dedi ki, biz nə qazanmışıq, Omanlıların hakimiyyəti zamanında əldə etmişik. Ürəyimiz ərəb ürəyi olsa da, qafamız türk qafasıdır. Savadlı adam idi, etirafında ləyaqət vardı".
Xalq cəbhəsi.- 2008.- 21 noyabr.- S. 14.