Mükərrəmoğlu M.

 

Akademik Kamal Talıbzadənin 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, dünən Abdulla Şaiqin Mənzil-Muzeyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Abdulla Şaiq nəslinin, Abdulla Şaiq ənənələrinin layiqli davamçısı akademik Kamal Talıbzadənin 85 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin köməkliyi ilə hazırlanmış, Abdulla Şaiqlə Kamal Talıbzadənin portreti həkk olunmuş süjetli xalçanın təqdimatı olub. Xalçanın müəllifi rəssam Afət Mahmudovadır.

Tədbirin növbəti hissəsində Kamal Talıbzadənin həyat və yaradıcılığı ilə bağlı təəssüratları əks etdirən dəyirmi masa keçirilib. Muzeydə Kamal Talıbzadənin yaradıcılığına həsr edilmiş foto-sərgi nümayiş etdirilib.

Təqdimat mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin muzey işi sektorunun rəhbəri Azadə Hüseynova, sənətşünaslar, ədəbiyyatşünaslar, muzey işçiləri və mətbuat nümayəndələri iştirak ediblər.

Xalq qəzeti.- 2008.- 6 noyabr.- S. 8.