Yusifova S.

 

Xalq tətbiqi sənəti ustaları mükafatlandırılıb

 

Mədəniyyət Turizm Nazirliyində həvəskar rəssamlar xalq tətbiqi sənəti ustalarının əl işlərindən ibarət respublika baxış-müsabiqəsi qaliblərinə mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirdə çıxış edən Mədəniyyət turizm nazirinin müavini Sevda Məmmədəliyeva baxış-müsabiqənin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunduğunu bildirib. Nazir müavini ölkə rəhbərliyinin ümumilikdə bu sahəyə xüsusi qayğı ilə yanaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edək ki, baxış-müsabiqənin ilkin mərhələsində 4000 sənət nümunəsi, yekun mərhələdə isə 160 nəfərin 600- yaxın ən dəyərli əl işləri nümayiş etdirilib. Baxış-müsabiqədə heykəltəraşlıq, xalçaçılıq, zərgərlik, musiqi alətləri rəngkarlıq sənəti üzrə fərqlənmiş 15 nəfər rəssam xalq tətbiqi sənəti ustasına nazirliyin diplomları pul mükafatları təqdim olunub.

 

525-ci qəzet.- 2008.- 11 noyabr.- S. 7.