Müasir İncəsənət Mərkəzində Elçin Haşimin plakat sərgisi açılıb

 

Müasir İncəsənət Mərkəzində əməkdar rəssam Elçin Haşimin plakat janrında ikinci fərdi sərgisi açılıb. 35 il plakat janrında əsərlər yaradan rəssamın ilk fərdi sərgisi sənətsevərlərə 10 il bundan əvvəl onun 50 illik yubileyində təqdim olunmuşdu. İkinci fərdi yaradıcılıq sərgisini 60 illik yubileyi ilə əlaqədar keçirdiyini bildirən rəssam vurğulayıb ki, bu həm onun hesabat sərgisidir. Müxtəlif mövzularda 40-dan artıq əsərin nümayiş etdirildiyi sərgi noyabrın 25-dək davam edəcək.

 

Üç nöqtə.- 2008.- 21 noyabr.- S. 13.