AzərTAc-ın fotomüxbiri İlqar Cəfərovun Kölgələrin mübarizəsi əsəri beynəlxalq fotomüsabiqənin baş mükafatına layiq görülmüşdür

 

Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) fotomüxbiri, dəfələrlə beynəlxalq müsabiqələrin qalibi olmuş İlqar Cəfərov bu yaxınlarda iki fotomüsabiqənin - Moskvada keçirilən "Biz idmanı seçirik!" və Avstriyada təşkil edilmiş "Təmiz dünya 2008" müsabiqələrinin mütləq lideri hesab edilmişdir.

İ.Cəfərov "KATMAT" Nəşriyyat evi və "Foto & Video" jurnalı tərəfindən təşkil edilmiş müsabiqəyə "Kölgələrin mübarizəsi" adlı fotoşəkil göndərmişdi. 2008-ci ilin aprel ayında Bakıda qadınlar arasında top ilə xokkey üzrə beynəlxalq turnirdə çəkilmiş bu fotoşəkil müsabiqənin baş mükafatına layiq görülmüşdür. Xatırladaq ki, müsabiqəyə göndərilən fotoşəkillər idman mövzusunu - idmançıların emosiyalarını, üzlərindəki ifadələri, hərəkətlərini əks etdirməli idi. Müsabiqə iştirakçılarının təqdim etdiyi işlər münsiflər heyəti internet istifadəçiləri tərəfindən Online-səsvermə rejimində qiymətləndirilirdi.
İ.Cəfərovun Avstriyanın GREEN CLEAN şirkəti tərəfindən təşkil edilmiş "Təmiz dünya 2008" beynəlxalq fotomüsabiqəsinə təqdim etdiyi iki fotoşəkil - "Trio" "İstirahət dəqiqəsi" böyük maraq doğurmuşdur.

Həmin fotomüsabiqə çoxsaylı aspektləri olan təmizlik mövzusuna həsr edilmişdi. Foto ustalarının vəzifəsi mövzunun interpretasiyası üçün ən orijinal novator həllər axtarıb tapmaqdan ibarət idi. Oliver Rixter (Almaniya), doktor Mark Lüdviq (FotoTV), Martin Broytman (Almaniya), Todd Qustavson (ABŞ), Ansel F.Vunderer (Avstriya) kimi tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti təqdim olunmuş materialları yüksək tələbkarlıqla nəzərdən keçirmiş Avstriya beynəlxalq fotomüsabiqəsinin baş mükafatını AzərTAc-ın müxbirinə vermişlər.

 

Azərbaycan.- 2008.- 8 noyabr.- S. 2.