Esmira Novruzova
və Rahib İsrafilov birinci oldular
Onlara “Best
Model of World-2008” uğurunda yarışmaq şansı verildi
Noyabrın 11-də Heydər Əliyev
Sarayında "Best model of
Kamilə Babayeva və Emin Musəvinin aparıcılığı ilə
keçirilən yarışmada
30 iştirakçı ilk olaraq
çimərlik paltarında,
sonra isə modelyer Zemfira Qurbanova tərəfindən
hazırlanmış avanqard,
milli və gecə geyimlərində səhnəyə çıxdılar.
Sonra öz ifaları ilə tədbirə rəng qatan "Aşk bitdi" mahnısının
ifaçısı, türkiyəli
müğənni Kərəm
Cem çıxdı. O, ifaları ilə
modelyerlərə dəstək
oldu. Mahnıların əksəriyyətini gitarada oxuyan müğənni Azərbaycan
mahnılarına da yer ayırdı. Azərbaycanda ilk dəfə olduğunu
deyən sənətçi
müsabiqənin prezidenti
Ruhi tərəfindən
dəvət olunduğunu
bildirdi. Öz təəssüratlarını
səhnədə tamaşaçılarla
bölüşən türkiyəli
müğənni qeyd
etdi ki, çox təəssüf
edirəm ki, bu, mənim Azərbaycana ilk səfərimdir.
Həqiqətən də Azərbaycan
çox gözəl ölkədir və mən bunun şahidi oldum. Bundan sonra Azərbaycana daha tez-tez gələcəyəm".
Azərbaycana dörd il bundan
əvvəl dəvət
olunduğunu bildirən
müğənni, bu dəvətlərin həyata
keçirilməməsinə məyus olduğunu dilə gətirdi. "Mən Azərbaycandakı
pərəstişkarlarımla şəxsi saytım vasitəsi ilə əlaqə saxlayıram və onlar tərəfindən
dəfələrlə Azərbaycana
dəvət olunmuşam.
Yaxın
vaxtlarda Azərbaycanda
solo konsert vermək istəyirəm. Düşünürəm ki, növbəti səfərim daha uzunmüddətli olacaq".
Tədbirin sonunda iştirakçılar müəyyən
olundu. Münsiflər Heyətinin
qərarı ilə
"Ən yaxşı
yeriş" nominasiyasına
Əli Abbasov və Yuliya Klimova, "Fashion model school" nominasiyasına Rahib İsrafilov və Esmira Novruzova, "Best Fucier model" nominasiyasına
Tural Zeynalov və Yekaterina Seldikova, "Best Grace" nominasiyasına
Nigar Əliyeva,
"Best centlmen" nominasiyasına
Qabil Həmzəyev layiq görüldülər.
Yarışmada 3-cü yeri Fərid
Əsgərov və Çinarə Abdullayeva,
2-ci yeri Şövkət
Qasımova və Azər Atakişiyev tutdular. Nəhayət, "Best model of
Kaspi.- 2008.- 13 noyabr.- S. 15