Ağaoğlu T.
“Ögey ana”dan başlayan ömür yolu...
"Ögey ana" kino
əsəri 50 il öncə lentə alınıb. Onda Ceyhunun cəmi 12 yaşı olub. Bu ekran əsərinin əsas qəhrəmanı
İsmayıl - Ceyhun Mirzəyev yaşına uyğun olmayan fəlsəfi-psixoloji məqamları
- düşüncələri, davranışı, sorğu-sualı,
ifadələrinin dərin
məntiqi ilə adını, ifaçılıq
bacarığını milli
kino sənətimizin tarixinə yazıb. Anadan yetim qalmış İsmayıl nənəsinin
himayəsi altında yaşayır. O, adi kənd uşağıdır.
Anası
erkən dünyasını
dəyişib. Günlərin birində atası ona ögey ana
da gətirir. Əsl məram da elə
buradan başlayır.
Ceyhunla 40 il əvvəl
- Ceyhun çox cəfakeş idi. Arzusuna çatmaq üçün
müəyyən məqamı
gözləyirdi. Xatırlamaq nə
qədər ağır,
sarsıntılı olsa
da, belə bir imkan yarandı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ilk günlərindən
tez-tez Qarabağa gedərdi. Yurd-yuvalarından vəhşicəsinə qovulan, didərgin düşən soydaşlarımızı
görəndə için-için
ağlayardı.
Onun Qarabağa,
cəbhə bölgələrinə
gəlişi təsadüfi
deyildi. Baş verən qanlı
hadisələri, günahsız
insanların düçar
olduqları dözülməz
dərdləri yerində
izləmək, görmək
istəyirdi. Yoxsa quruluşçu
rejissoru olduğu, əsas qəhrəmanın
taleyini oynadığı
"Fəryad" bədii
filmi belə inandırıcı yaranmazdı.
Bütövlükdə bu
ekran əsəri -
"Fəryad" filmi,
deyərdim ki, son on beş ildə
xalqımızın qismətinə
çıxan, əsir
düşənlərin, girov
götürülənlərin çəkdikləri zülmün
salnaməsidir! Bu ekran əsərində mənəvi yanğı,
torpağa sevgi, düşmənə nifrət
çox böyük məharətlə, ustalıqla
təsvir olunmuşdur.
"Fəryad"ın montajı, səsləndirilməsi
ərəfəsində onunla
tez-tez görüşərdim.
"Sıroy" kadrlara
baxanda dözə bilməyib soruşardım:
"Sənə dəyən
təpiklərə, yumruqlara
necə dözürdün?"
O da cavab verərdi: "Əsir düşən soydaşlarımız
kimi".
"Ögey
ana"da İsmayılı,
"Fəryad"da əsir
düşmüş azərbaycanlıların
ümumiləşmiş obrazını
yaradan Ceyhun Mirzəyev ruhən həmişə bizimlədir. Onun anım
gününü qədirbilən
tamaşaçılar, sənətsevərlər
sevgiylə qeyd edirlər.
Azərbaycan.- 2008.- 23 noyabr.- S. 6.