Hacızadə A.

 

 Ulu öndər Heydər Əliyevə həsr edilmiş “Xüsusi təyinat” filmi XI Avrasiya teleforumunun Qran-pri mükafatına layiq görülmüşdür

 

Tanınmış kinorejissor, xalq artisti Vaqif Mustafayevin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Baykal-Amur Magistralının (BAM) tikintisi dövründəki fəaliyyətinə həsr edilmişXüsusi təyinatadlı sənədli filmi Moskvada XI Avrasiya teleforumunun Qran-pri mükafatına layiq görülmüşdür.

Vaqif Mustafayevin bu filmi “Əsrin magistralı”nın çəkilişində Heydər Əliyevin çox böyük əməyini və misilsiz töhfəsini bütün dünyaya nümayiş etdirmişdir. Xatırladaq ki, bu, Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi silsilə filmlərindən dünyanın bütün ölkələrindən ən yaxşı filmlərin nümayiş etdirildiyi nüfuzlu kinoforumda yüksək mükafata layiq görülmüş üçüncü filmidir. Bundan əvvəl müəllifinƏsl məhəbbət haqqındaBir həsədin tarixiadlı sənədli filmləri yüksək mükafatlar almışdı. XI Avrasiya teleforumunun mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimdə Vaqif Mustafayev kino sənətində səmərəli fəaliyyətinə görə Beynəlxalq Jurnalistlər İttifaqının ordeni ilə təltif edilmişdir.

Avrasiya Kino və Televiziya Akademiyasının üzvü olan Vaqif Mustafeyev XI Avrasiya teleforumu çərçivəsində noyabrın 8-dən başlayaraq Rusiya Kinematoqrafçılar İttifaqının Kino Evində dünyanın 20-dən çox ölkəsini təmsil edən kinematoqrafçılar üçün “Gülüş xalqları yaxınlaşdırır” mövzusunda ustad dərsləri keçmişdir.

Avrasiya teleforumunda Azərbaycan kinosunun növbəti uğuru milli kinematoqrafın yüksək səviyyədə olmasını göstərir.

Xalq qəzeti.- 2008.- 12 noyabr.- S. 4.