Mükərrəmoğlu M.

 

Onun filmləri həyatın özüdür

 

Ağarza Quliyev-110

 

Hər dəfə Ağarza Quliyevin filmlərinə baxanda çox qəribə hisslər keçirirəm. Əvvəla bu filmlərdə sənətkar səmimiyyəti çox güclüdür. Hiss edirsən ki, o bütün varlığı qədər sevdiyi bir millətin mənəvi dünyasına çox yaxından bələddir. Digər tərəfdən onun filmlərinin qəhrəmanları bizim düşündüyümüz, arzu etdiyimiz problemlərlə üzləşib, onlarla mübarizə edirlər. Ona görə bu filmlər hər bir azərbaycanlı üçün olduqca əziz doğmadır.

Ağarza Quliyev 110 il bundan əvvəl Azərbaycanın gözəl guşələrindən birində — Lənkəranda dünyaya gəlmişdi və elə orta təhsilini də burada almışdı. 1924-cü ildə teatr məktəbini bitirmiş, sonra, 1925-1927-ci illərdə I Dövlət Kinofabriki nəzdində kino sənəti studiyasında təhsilini davam etdirmişdir. Ağarza Quliyev teatr dərnəklərində iştirak etmiş, amma kinoya həvəs onu bu sənətə yönəltmişdi. İlk dəfəBayquşfilminə çəkilişə dəvət alanda artıq aktyor sənətinə bələd idi. Kinoda aktyor kimi çəkilmək arzusu reallaşanda 25 yaşı təzəcə tamam olurdu.

Kinorejissor G. Kravçenkonun çəkdiyi bu filmdə Ağarza Quliyev Əli rolunda oynayırdı. Film səssiz idi. Burada Abbas Mirzə Şərifzadə, Möhsün Sənani, Aleksandr Makovski başqa gənc aktyorlarla çəkilirdi. Əli rolunu yaradan gənc Ağarza kənddə müxtəlif sosial təbəqələr arasında aparılan mübarizədən danışan bu filmdə ilk debütünü uğurla tamaşaçılara təqdim etdi. Elə həmin il kinorejissor Vladimir Vallyucek onuGilan qızıfilminə dəvət etdi. Hər iki film səssiz idi. Aktyor üçün belə filmlərdə çəkilmək o qədər asan deyildi. Amma Ağarza ona tapşırılan çox da böyük olmayan Əli rolunun öhdəsindən məharətlə gəldi.

Filmin əsasını Y. Slyozkinin “Tunay” romanının motivləri təşkil edirdi. Burada İranda ötən əsrin 20-ci illərində gedən sinfi mübarizədən bəhs olunurdu. Ümumiyyətlə, A. Quliyev Azərbaycan kinosunun səssiz dövründə bir neçə filmdə rollar oynamışdır. İlk dəfəQızıl kol” (“Dağlara hücum”) filmində həm aktyor, həm rejissor assistenti kimi çıxış etmişdir. Baş rolu oynayan Ağarzanın artıq rejissorluğa meyli artmaqda idi. Onun film çəkmək arzusu artıq reallaşmağa doğru gedirdi.

Bundan sonra Ağarza Quliyev daha bir filmdə — “Əlsiz adam”da yenə baş rolda çəkildi. Məşhur Azərbaycan kinorejissoru Hüseyn Seyidzadə bu filmlə ilk dəfə kinoya gəlirdi.

Ağarza Quliyev Qriqori Bradinski ilə birgə “Almaz” filminə quruluş verdi. Ssenarini Cəfər Cabbarlı özü yazmışdı. Filmin çəkilişlərinə C. Cabbarlı özü nəzarət edirdi. Amma Ağarza Quliyev bu filmdə rejissor kimi özünü sınadı hiss etdi ki, artıq rejissor kimi işləməyin vaxtıdır. Doğrudur, 1940- ildəYeni horizontfilmini Q. Bradinski ilə şərikli çəkmişdi. Amma bu filmdə o daha sərbəst idi öz qüvvəsinə inanırdı. “Yeni horizontAzərbaycan neftçilərinin həyatından bəhs edir. Burada yeni neft yataqlarının kəşf olunması, neft sahəsində elmin inkişafı məsələləri, eyni zamanda, neft istehsalının inkişafına mane olanlar barədə maraqlı epizodlar vardır. Rejissor həyat həqiqətlərinin ekranda canlandırılması üçün xüsusi səhnələr yaratmış, konfliktin canlı alınması üçün maraqlı nüanslar tapmış, obrazların xarakterini açmaq üçün onları müxtəlif mürəkkəb vəziyyətlərlə qarşılaşdırmışdır.

Ağarza Quliyevin ilkin rejissorluq fəaliyyəti şərikli çəkdiyi filmlərlə bağlı olsa da, onun bu sahədə püxtələşməsində həmin filmlər müstəsna rol oynadı. O, kompozisiya qurmağın da, montajın da sirlərini bu filmlərdən öyrəndi artıq professional rejissor kimi yetişdi.

“Qara daşlar”ı isə sərbəst çəkmişdi. Yazıçı Mehdi Hüseynin ssenarisi əsasında quruluş verdiyi bu kinolentdə rejissor kimi yetkinləşdiyi təsdiq olundu. Neft mövzusu ona tanış idi. Yeni horizontfilmi bu mövzuda idi. Ona görə film çox maraqlı alınmışdı. O, bu filminə Azərbaycanın çox məşhur aktyorlarını dəvət etmişdi. İsmayıl Dağıstanlı, Ələsgər Ələkbərov, İsmayıl Əfəndiyev, Adil İsgəndərov, Mustafa Mərdanov, Möhsün Sənani, Sofa Bəşirzadə, Əzizə Məmmədova kimi tanınmış aktyorların filmdə iştirakı onun da işini xeyli asanlaşdırmışdı. Amma, həqiqətən rejissor filmin bədii həlli üçün maraqlı priyomlardan məharətlə istifadə etmiş, hadisələri gərgin məcraya yönəldərək, onların həllini ustalıqla tapa bilmişdir. Qara daşlarbizim kinonun çox dəyərli əsərlərindəndir. Orada Azərbaycan neftçilərinin gərgin əməyi ustalıqla əks olunmuşdur. Həmin film 50 il bundan əvvəl çəkilməsinə baxmayaraq, bu gün maraqla baxılır.

60-cı illərdə Ağarza Quliyev daha məhsuldar işləmişdir. Onun rejissor kimi 1960-cı ildə quruluş verdiyiSəhərfilmi tarixi mövzuda idi burada hadisələr ötən əsrin əvvəllərində inqilabi hadisələri əks etdirirdi. Film inqilabi mövzuda olsa da, orada milli mənəvi dəyərlərə geniş yer verilmiş, rejissor hadisələrə məhz milli zəmində yanaşmışdır.
Səhərfilmi tarixi-inqilabi mövzuda lentə alınan ən uğurlu ekran əsərlərindən biridir. İstər aktyor seçimində, istərsə rejissor traktovkasındaSəhərdigər inqilabi mövzulu filmlərimizdən fərqlənir. Əsas fərq isə onda idi ki, rejissor bu filmdə xalq ruhunu, Azərbaycan mühitinin özəlliyini qoruyub saxlaya bilmişdi.

Ağarza Quliyev kinonun əksər janrlarında filmlər yaratmışdır. Ulduzfilmini isə o, musiqili komediya janrında çəkmişdi. Bəstəkar, xalq artisti Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında yazılmış ssenari əsasında lentə alınmış bu film 1964-cü ildə ekranlara çıxarılmışdı.

Filmdə bir neçə maraqlı süjet xətti vahid məcrada birləşərək bütöv bir əsərin yaranmasını şərtləndirir. Rejissor olduqca maraqlı maneralar tapmış filmi əsil mənada kino əsərinə çevirə bilmişdir. Bu gün, doğrudan da, Gülümsərovun, Məhəmmədin, Möhsünün düşdükləri komik situasiyalar tamaşaçının diqqətindən yayınmır əsərin daha maraqlı alınmasına xidmət göstərir.

Ağarza QuliyevMən ki, gözəl deyildimfilmi ilə müharibə mövzusunda çox dəyərli bir ekran əsəri yaratdı. Maraqlı olan bu idi ki, o, həm filmdə aktyor kimi çıxış edirdi oynadığı rol bir növ filmin leytmotivini təşkil edir. Bu filmə yaşlı nəsildən məncə, baxmayan tapılmaz. Burada müharibə dövrü, arxa cəbhə həyatı çox qiymətli detallarla əks olunur. Atası cəbhəyə göndəriləndən sonra Səidənin keçirdiyi iztirablar, ona qarşı ətrafındakıların münasibəti çox aydın şəkildə tamaşaçılara çatdırılır.

Səidə öz vətəndaşlıq borcunu poçtalyon kimi işləməkdə görür. Ancaq bu da asan deyil. Hər gün qədərqara kağızlaröz sahiblərinə çatdırılmalıdır. günlərin birində Ağarza Quliyevin oynadığı rolunRəhim babanın oğlundan gələnqara kağızı”da ona vermək lazım gəlir. Necə çətin dəhşətlidir. Ağarza Quliyev öz qəhrəmanının bütün hisslərini, çəkdiyi ağrıları ustalıqla açır. Ey insanlar uşaqlarımızı əlimizdən alırlardeyə nida dolu səsi ekranı tutanda tamaşaçı onun dərdinə acımaya bilmir. Bu çox dəhşətli səhnədir. Amma rejissor bu səhnəni maraqla oynamışdır.

Ağarza Quliyev 1976-cı ildə 78 yaşında vəfat etmişdir. Onun filmləri bizim xalqın milli sərvətidir. Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş bu görkəmli sənətkarın 110 illik yubileyi xalqımız tərəfindən yüksək təntənə ilə qeyd olunacaq. Onun xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

 

Xalq qəzeti.- 2008.- 5 noyabr.- S. 8.