Rus Dram TeatrındaSeçilənbədii filminin premyerası olmuşdur

 

Noyabrın 24-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Seçilən” bədii filminin premyerası olmuşdur. Tədbirdə Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, xalq artisti, rejissor Oqtay Mirqasımov, Milli Məclisin deputatı, xalq şairi Sabir Rüstəmxanlı siyasi detektiv janrında çəkilmiş filmin məziyyətlərindən danışmış, aktuallığını diqqətə çatdırmışlar.

Ssenari müəllifi baş prodüser Vahid Mustafayev 93 dəqiqəlik bədii filmin çəkilişlərinin cari il iyunundan sentyabradək davam etdiyini bildirmiş, kinolentin çəkiliş prosesindən danışmış, ekran əsərinin baş rollarının ifaçılarını tədbir iştirakçılarına təqdim etmişdir. “Bakıfilmstudiyasının məhsulu olan filmin rejissoru Məsud Abpərvər, quruluşçu operatoru Haşem Gerami, səs rejissoru Əsgər Abqun, quruluşçu rəssamı Məzahir Hüseynovdur. Filmdə əsas rollarda Elşən Rüstəmov, Kazım Abdullayev, Qurban Səlimov başqaları çəkilmişlər. Film Ermənistan xüsusi xidmət orqanlarının Azərbaycan dövlətinin başçısına qarşı hazırladığı terror aktından bəhs edir. Lakin ölkənin hüquq-mühafizə orqanlarının fədakar, gərgin əməyi sayəsində dəhşətli faciənin qarşısı alınır.

Vətənə, dövlətə, insanlara sevgi aşılayan ekran əsəri tanınmış mədəniyyət incəsənət xadimləri, ictimaiyyət nümayəndələrindən ibarət auditoriya tərəfindən böyük maraqla qarşılanmışdır.

Seçilənfilmi Rus Dram Teatrının səhnəsində noyabrın 28-dək hər gün iki dəfə - saat 19-da 21-də nümayiş etdiriləcəkdir.

Xalq qəzeti.- 2008.- 25 noyabr.- S. 5.