Ağaoğlu T.
Görkəmli kino xadimi xatırlandı
Milli kino
sənətimizin cəfakeşlərindən biri də xalq
artisti Rasim Ocaqov ömrünün 50 ildən çoxunu
kinokamera arxasında, bədii filmlərin çəkildiyi
meydançalarda keçirmişdi. Unudulmaz kino xadiminin anım
günü keçirilən tədbirdə Azərbaycan
Dövlət Film Fondunun direktoru, əməkdar
incəsənət xadimi Cəmil Quliyev dedi:
- Rasim Ocaqov
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirmiş,
1955-ci ildən "Azərbaycanfilm" kinostudiyasında
işləmişdi. Dövlət mükafatlarına, xalq artisti fəxri
adına layiq görülmüşdü. "Bir məhəlləli iki oğlan", "Uzaq sahillərdə",
"Onun böyük ürəyi", "Mən
rəqs edəcəyəm"
və başqa bədii, tammetrajlı ftlmlərin quruluşçu
operatoru olmuşdu.
1974-cü ildən isə
quruluşçu rejissor kimi fəaliyyət
göstərmişdi. Lentə aldığı
"Qatır Məmməd",
"Tütək səsi",
"Ad günü",
"Təhminə", "İstintaq", "Həm
ziyarət, həm ticarət" filmləri dünyanın əksər
ölkələrində maraqla
qarşılanmışdı. Görkəmli kino operatorun, rejissorun 75 illiyi ölkəmizin hər yerində qeyd edilir.
Tədbir
iştirakçıları ürək sözlərini
belə ifadə etdilər:
Hacı
İsmayılov, xalq artisti: - Rasim Ocaqov son dərəcə
mülayim təbiətli, zəhmətsevər kino
sənətkarı idi. Neyləmək olar, bir gün
gəlir ki, həyatdan gedirsən. İnanıram ki, Rasimdən qalan xoş xatirələr onun ikinci ömrünü
yaşadacaq.
Şəfiqə
Məmmədova, xalq artisti: - Rasim müəllim, milli kinomuzun
korifeylərindən biri idi. Onun lentə aldığı,
mənim də oynadığım "İstintaq"
filmi keçmiş
SSRİ məkanında ədəbi
hadisə kimi qarşılanmışdı. O, kino yaradıcılığına
ürəkdən bağlı
idi.
Rasim Balayev,
xalq artisti: - "Həm ziyarət, həm ticarət"
filminə çəkilməyə dəvət alanda sevindim. Rasim Ocaqovun rejissor
olduğunu biləndə
fərəhim ikiqat artdı. O, çox sadə, qayğıkeş
insan idi.
R.Ocaqov
sənədli kino sənəti tarixində də unudulmaz iz
qoyub. Vaxtilə lentə aldığı
"Bakı bu gün", "Məhəmməd
Füzuli", "Abidələr
danışır", "Dağıstanın səhnə
ustaları", "Çiçək
yağışı" qısametrajlı,
bədii-publisistik filmləri orijinallığı
ilə seçilir, həvəslə baxılır.
Onun anım mərasimində çox xatirə söylənildi.
Son qənaət isə belə oldu: Rasim Ocaqovun
əziz xatirəsi heç vaxt, heç zaman unudulmayacaqdır.
Azərbaycan.- 2008.- 20 noyabr.- S. 8.