Mükərrəmoğlu M.

 

Ölsəm...  bağışla

 

Gözəl bir payız günündə Azərbaycanın dilbər guşələrindən olan Şəkidə dünyaya göz açmışdı. Bu yerlərin füsunkar təbiəti ilə yanaşı şən, baməzə insanları da onun xarakterinə çox güclü təsir göstərmiş elə uşaqlığından bu təbiəti, bu insanları fotokadrlarda yaşatmaq arzusuna düşmüşdü. Yaxşı da fotoqraf idi. Ancaq bu yerlərə gələn kinoçəkənlər onun da qəlbini oğurlamışdılar. Rasim Ocaqov deyirdi ki, elə bil hər şey məni bu ecazkar sənətə doğru çəkirdi günlərin birində özümü bu sənətin içində gördüm.

Rasim Ocaqov müharibə illərinin ağrılarını yaşamışdı, Moskvada ÜİDK-nin operatorluq fakültəsini bitirmişdi və 50-ci illərdən başlayaraq Azərbaycan kinosuna çox qiymətli töhfələr bəxş etmişdi.

Bu böyük sənətkar Azərbaycan kinosunun bütöv bir dövrünün əsas yaradıcılarından biri olmuşdur. Onun yaratdığı onlarca sənədli bədii film milli kino salnaməmizin çox qiymətli nümunələridir. Bu filmlərdə xalqımızın dünəni var, bugünümüzün problemləri . Həmin filmlərin qəhrəmanları da müxtəlif xarakter düşüncəyə malik insanlardır. Rasim müəllim artıq iki ilə yaxındır ki, aramızda yoxdur. Sənətdə bu boşluq çox aydın hiss olunur.

Onu xatırlarkən milli kinomuzun çox maraqlı səhifələrini vərəqləməli olursan. Çünki bu böyük sənətkarın yaradıcılığı ötən əsrin 50-ci illərindən başlayaraq müstəqil Azərbaycanımızın 15 illik tarixinə qədər olan böyük bir dövrü əhatə edir. 50-ci illərdən inkişafa doğru meyillənən Azərbaycan kinosunun qiymətli əsərləri sırasında Rasim müəllimin operator kimi işlədiyi xeyli film vardır. “Əsl dost”, “Bizim küçə”, “Sən niyə susursan?”, “Bir cənub şəhərində”, “Skripkanın sərgüzəştləri”, “Ömrün ilk günükimi filmlərdəki çox nadir kadrlar məhz Rasim Ocaqovun operator kamerasından lentlərə köçürülmüşdür. Onunla işləyən rejissorlar etiraf edirdilər ki, Rasim müəllim öz işinə rejissorların müdaxiləsinə imkan verməzdi. Obyekti hansı rakursdan çəkəcəyini özü müəyyənləşdirirdi rejissorlar da onunla razılaşırdılar. O, kino yaradırdı, sənətin incəliklərini duyurdu, ətrafdakı yaradıcıları da öz duyumuna yönəldirdi. Xalq artisti, dövlət mükafatları laureatı Rasim Ocaqov kinonun professional yaradıcılarından idi bütün yaradıcı ömrünü bu sənətə həsr etmişdi.

Rejissor kimi film çəkmək hər bir operatorun arzusudur. Rasim müəllimin könlündən belə bir arzunun keçdiyini deyə bilmərəm, amma o hazır idi rejissor kimi film çəkməyə. günlərin birindəQatır Məmməd” (“Gəncəbasarlı qisasçı”) filmi ətrafında yaranan qalmaqal Rasim müəllimin rejissor kimi yolunu açdı. Hüseyn Seyidzadə filmin çəkilişlərinə başlasa da, müəyyən səbəblər ucbatından film alınıb Rasim Ocaqova verildi. O, bu filmə quruluş verdi əslində elə operator işini özü aparırdı. Çünki bu peşədən birdən-birə uzaqlaşmaq çox çətin idi.

Sonra isə “Tütək səsi” filmini çəkmək ona həvalə olundu. Müharibənin dəhşətli illərinə düşmüş gəncliyi onun qəlbində çox kövrək hisslərə çevrilmişdi. elə bu ssenaridə qəlbinə yaxın hissləri görəndə məmnuniyyətlə ona quruluş verməyə razılaşmışdı.

İsa Hüseynov kimi tələbkar bir ssenaristlə işləmək əslində asan deyildi. Amma çəkiliş dövründə filmə elə epizodlar əlavə olunurdu ki, İsa müəllim istər-istəməz razılaşırdı. Bu film müharibənin dəhşətlərini arxa cəbhədə yaşayan insanların taleyinə həsr olunmuş çox qiymətli sənət nümunəsidir.

Ümumiyyətlə, Rasim Ocaqovun rejissor yaradıcılığının özünəməxsus xüsusiyyətləri vardır. O, həmişə aktyor seçərkən çox ciddi axtarışlar aparar, SSRİ-nin tanınmış aktyorlarının arasından ən yaxşılarını seçməyə çalışardı. Bəzən ona irad tuturdular ki, səbəbdən öz aktyorlarınızı çəkmirsən? Cavab verirdi ki, mən kino çəkirəm. Obrazın xarakterini hansı aktyorda görürəmsə, onu da dəvət edirəm.

Mixail Volontir, Aleksandr Kolyagin, Leyla Eliava kimi qüdrətli aktyorları bizim kinoya Rasim Ocaqov gətirmişdi.

Rasim Ocaqovun “Ad günü” filmi ilə onun yazıçı Rüstəm İbrahimbəyovla yaradıcı əməkdaşlığı başladı. Bu əməkdaşlıq Azərbaycan kinosunaPark”, “İstintaq”, “Bağlı qapı”, “Özgə ömrü”, “Ölsəm... bağışlakimi çox dəyərli əsərlər bəxş etdi. Rasim Ocaqov iki filminə — “Ad günüİstintaqa görə respublika SSRİ dövlət mükafatlarına layiq görüldü. “İstintaqfilmi təkcə mədəni yox, həm ictimai həyatımızda böyük hadisəyə çevrildi. SSRİ-nin senzura qadağaları filmdə qoyulan problemlərə qarşı çıxsa da, o vaxt Azərbaycanın rəhbəri ümummilli liderin səyləri nəticəsində ekrana çıxarıldı SSRİ-nin Dövlət mükafatını aldı.

Rasim Ocaqov hansı mövzuda film çəkirdisə, onu müasir həyata uyğunlaşdırırdı. O, bugünümüzün ağrılı problemlərini ekranın dili ilə xalqa çatdırırdı.

“Ad günüfilminin davamını da çəkdi. Adını da qoyduHəm ziyarət, həm ticarət”. Sonra isəOtel otağıTəhminəfilmlərinə quruluş verdi.

Bir dəfə Rasim müəllimlə söhbət zamanı “Ölsəm... bağışla” filminin sonluğuna etirazımı bildirdim. Dedim ki, Rasim müəllim, axı Azərbaycan qadınını ərindən boşatdırıbHava məbədi aparır, orada da qoşulub qaçdığı oğlanı öldürtdürürsünüz. Bəs bu qadının sonrakı taleyi sizi narahat etmirmi? Bilsəniz, cavab verdi? Dedi ki, filmin adı eləHava məbədiidi. Mən həmin qadının gələcək taleyi barədə film çəkmək istəyirdim. elə özlüyümdə dedim ki, sənin taleyini belə yarımçıq qoymayacağam. AncaqÖlsəm... bağışla”.
Rasim müəllim, yarımçıq qaldı Gulyanın taleyi. Tale sizə onu tamamlamaq imkanı vermədi.

Xalq qəzeti.- 2008.- 9 noyabr.- S. 7.