Kinooperator Şərif
Şərifovun 70 illiyinə həsr olunmuş xatirə
gecəsi keçirilmişdir
Noyabrın 7-də
Azərbaycan Kinematoqrafçılar İttifaqında
əməkdar incəsənət xadimi, kinooperator Şərif
Şərifovun anadan olmasının 70, əmək
fəaliyyətinin 50 illiyinə həsr edilmiş xatirə
gecəsi keçirilmişdir.
Azərbaycan
Dövlət Film Fondunun
təşkilatçılığı ilə
keçirilən tədbirdə, Fondun direktoru, əməkdar
incəsənət xadimi Cəmil Quliyev bildirmişdir ki,
Azərbaycan kinematoqrafiyasının tarixində
özünün peşəkarlığı ilə
çalışdığı sahənin inkişafında
mühüm rol oynayan şəxsiyyətlər çox
olmuşdur. Şərif Şərifov məhz
belələrindəndir.
Kinoşünas,
əməkdar incəsənət xadimi Aydın
Kazımzadə mərhum yubilyarla bağlı uşaqlıq
xatirələrindən söz açaraq
vurğulamışdır ki, Ş.Şərifov hələ
məktəb illərindən bu sənətə maraq
göstərirdi. Biz birlikdə Pionerlər evinin
fotodərnəyinə gedirdik. Mənim üçün bu adi
maraq olsa da, Şərif üçün yaradıcılıq
yolunun başlanğıcına çevrilmişdir.
1958-ci ildən
həyatını kino ilə bağlayan Ş.Şərifov
Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında fəaliyyətə
başlamışdır.
Koroğlu",
"Leyli və Məcnun", "Böyük dayaq",
"Əhməd haradadır?", "Yenilməz batalyon"
filmlərinin quruluşçu operatorları A.Meybom,
A.Nərimanbəyov, X.Babayev və Y.Fogelmanın assistenti
olmuşdur.
1970-ci ildə
Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutunun
kinooperatorluq fakültəsini bitirdikdən sonra "Qatır
Məmməd" (T.Axundovla birgə), "Qərib cinlər
diyarında", "Şir evdən getdi" (R.İsmayılovla
birgə), "Yol əhvalatı"
(Ə.Ələkbərovla birgə) və sair bədii
filmlər çəkmişdir.
Gecədə
Ş.Şərifovun yaxınları və dostları onunla
bağlı xatirələrini danışmışlar.
Azərbaycan.- 2008.- 8 noyabr.- S. 6.