Mükərrəmoğlu M.

 

O, incəsənətə təsadüfən yox, qəlbinin hökmü ilə gəlmişdi

 

Uzun illər kinoda çalışdığımdan, bu sahədə işləyən mütəxəssislərlə tez-tez görüşər, onların sənət haqqında düşüncələrini dinləyərdim. Filmin müəllifi kimdirsualına həmişə cavab axtarmağa çalışsam da, cəhdlərim elə bir nəticə verməyib. Doğrudanmı, müəllif rejissor hesab edilməlidir? Bəs ssenarist, operator, rəssam, bəstəkar hayanda qaldı? Biz bütün filmə operatorun gözü ilə baxmırıqmı? Bütün film onun kamerası vasitəsilə lentə alınırmı? Mən, operatorun filmin müəllifi kimi qəbul olunmasını iddia etmirəm. Amma operatorun doğrudan da, filmin yaranmasında rolu böyükdür. Bunu indi aramızda olmayan, bu il 70 illik yubileyi qeyd olunan əməkdar incəsənət xadimi, kinooperator Şərif Şərifovla söhbətlərimizdə onun dilindən eşitmişəm.

Şərif müəllim Azərbaycan kinosunun çox istedadlı sənətkarlarından idi. Onun operator kimi çəkdiyi filmlər kinomuzun çox qiymətli nümunələridir.

O, 1938-ci ildə Bakıda doğulmuşdu. Əvvəllər fotoya, sonra isə kinoya həvəs göstərmişdi. Foto sahəsində qazandığı təcrübə, kölgə-işıq münasibətlərini duymaq qabiliyyəti onu kinooperator olmağa sövq edirdi. Şərif kinostudiyaya tez-tez gələrdi, çəkilişlərdə iştirak edərdi. Bəzən isə gizlicə operator kamerasından çəkiliş obyektini nəzərdən keçirərdi. Beləcə, bu həvəslə 1958-ci ildə C. Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasına gəldi bütün sonrakı 50 illik ömrünü bu sənət ocağına bağladı. Əvvəllər operator assistenti kimi işləyirdi. Filmlərin çəkilişində operatorların yaxın köməkçisi kimi fəaliyyət göstərirdi. Koroğlufilmində iki operator işləyirdi. Hər ikisi rus idi: V. Meybom, F. Dobronravov. Onlarla çox rahat dil tapa bilmişdi. Baxırdı ki, bu peşə sadə bir şey deyil. Kütləvi səhnələrin çəkilişi onu az qala qorxutmuşdu da. Amma həvəs hər şeyə qalib gəldi. İşlədi, çətinliklərə dözdü. Sonra mərhum kinooperator Arif NərimanbəyovlaLeyli Məcnunfilmində assistent kimi çalışdı. Amma onun üçünBöyük dayaqfilmi əsl məktəb oldu. Görkəmli kinooperator Xan Babayevlə işləmək o qədər çətin deyildi. Bu yumşaq təbiətli, işıqlı insanın yanında assistent kimi işləmək ona bir növ ruh verdi, onu bir daha kinoya bağladı. Hərdən Xan kameranı ona etibar edir, sərbəst çəkiliş aparmağa imkan yaradırdı. O, yaxşı başa düşürdü ki, bu kameranın qarşısında Ələsgər Ələkbərov kimi çox məşhur aktyor dayanıb, ona görə olduqca məsuliyyətli çəkiliş aparmaq lazımdır. Çəkirdi, sonra da Xan Babayevə göstərirdi.

Beləcə, illər ötürdü, Şərif işə yavaş-yavaş sənətin sirlərinə yiyələnirdi. Nəhayət, “Atları yəhərləyin” (Qatır Məmməd) filmində ilk dəfə sərbəst olaraq quruluşçu operator kimi ona film çəkmək həvalə olundu. O artıq, Moskva Dövlət Kinematoqrafiya İnstitutunda qiyabi yolla ali təhsil almışdı. Belə ki, 1964-cü ildən A. Simonovun emalatxanasında təhsilini davam etdirərək, 1970-ci ildə institutun kinooperatorluq fakültəsini bitirmişdi.

Qatır Məmməd”i kinooperator Teyyub Axundovla şərikli çəkmişdi. Bu filmdə operator işi, həqiqətən, çətin idi. Çünki əsas çəkilişlər təbiət qoynunda aparılırdı, kütləvi səhnələr çox idi. Şərif təcrübəli operator Teyyub Axundovun məsləhətlərinə qulaq asır, münasib işıq-kölgə münasibəti yaradır, obyektin kameraya köçürülməsini dəfələrlə təkrar edir, uğurlu variantları saxlayırdı. Film hazır olanda rejissor Rasim Ocaqov onun operator işindən razılıqla danışırdı. Rasim Ocaqov özü əvvəllər kinooperator işləmişdi bu film onun rejissor kimi ilk işi idi. Ona görə Rasim müəllim özü Şərifin işinə nəzarət edir, ona öz köməyini əsirgəmirdi.

Qərib cinlər diyarında” film-nağılı da onun operator kimi çəkdiyi maraqlı kino əsərlərindəndir. Filmdə operator üçün çox çətin epizodlar var idi. Əvvəla, buradakı obrazlar tamam başqa formada idilər. Onların geyimi tamam başqa, yaşadıqları mağara da özgə qiyafədə idi. Bunları ekrana gətirmək operatorlardan xüsusi ustalıq tələb edirdi. Əsas çəkilişlər studiyada düzəldilmiş dekorasiyalarda aparılırdı. Şərif Şərifov cinlərin xarakterini açmaq üçün elə rakurslardan çəkilişlər aparmışdı ki, tamaşaçı hadisələrin reallığına inanır, hətta bu yerin dekorasiya olduğu belə bilinmir. Filmin rejissoru Əlisəttar Atakişiyev əvvəllər kinooperator işləmişdi bu sənətə bələb idi. Ona görə operator işinə qarşı çox tələbkar idi. Amma Şərif artıq sənətin sirlərinə yiyələnmiş çox orijinal çəkilişlər apara bilmişdi.

Yol əhvalatıfilmi operator işi sarıdan gözəl işlənmişdi çox maraqlı çəkiliş aparıldığı aydın hiss olunur.

Şərif Şərifov 50 illik yaradıcılığı dövründə bir çox mükafatlara layiq görülmüşdü. Ən əsası bu idi ki, o, Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adını almışdı.Anam Kürsənədli filmindəki işinə görə akademik Həsən Əliyev adına mükafatla təltif olunmuşdu.

Son vaxtlar Şərif Şərifov Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində kinooperatorluq sənətindən dərs deyirdi.
Amansız ölüm onu bu yaxınlarda aramızdan apardı. Ancaq bu böyük sənətkarın işıqlı xatirəsi bu sənəti sevənlərin qəlbində əbədi yaşadacaqdır.,

 

Xalq qəzeti.- 2008.- 2 noyabr.- S. 7.