Türkiyədən film var
Bakıda “Türkiyədən film var” adlı
Türkiyə Filmləri
Günləri keçirilir.
Noyabrın 14-dək davam
edəcək bu tədbir çərçivəsində
“Uzaq”, “Yumurta”, “Qoçu”, “Xoşbəxtlik”,
“Atam və oğlum”, “Bəyaz mələk”, “Qarpız qabığından gəmilər
düzəltmək” və
beynəlxalq festivallarda
qalib gələn digər filmlər nümayiş etdirilir.
Qeyd edək ki, kino günləri
Türkiyənin Kino Əsəri Sahibləri Məslək Birliyi ilə bu ölkənin
Mədəniyyət və
Turizm Nazirliyinin təşəbbüsü ilə
təşkil edilib.
Zaman.- 2008.- 13-14 noyabr.- S. 9.