Bəstəkarlar İttifaqının
Şəkidə regional
mərkəzi açılıb
Azərbaycan Bəstəkarlar İttifaqının
(ABİ) Şəkidə regional
mərkəzinin açılışı
olub. Tədbirdə ABİ-nin sədri Firəngiz Əlizadə və digər rəsmi şəxslər
iştirak edib. F. Əlizadə ABİ-nin fəaliyyətindən danışıb.
Bəstəkar
deyib ki, indiyə qədər təşkilatın
Naxçıvan, Gəncə, Lənkəran və
Qarabağda regional mərkəzləri fəaliyyət
göstərib. ABİ-nın katibi Ramiz Zöhrabov
Şəkidə 5 musiqi
məktəbi, bir musiqi texnikumunun fəaliyyət göstərdiyini,
bu mərkəzlərdə
600 nəfər müəllimin
çalışdığını deyib. Buna görə
də ABİ-nın Şəkidə regional mərkəzinin açılması
daha məqsədəuyğun
olub.
Azərbaycan
Bəstəkarlar İttifaqının sədrinin əmri
ilə Fazil Əliyev regional mərkəzin rəhbəri
təyin olunub.
Zaman.- 2008.- 25-26 noyabr.- S.
2.