Cəvahir

 

Beynəlxalq Teatr Festivalı davam edir

 

Bu gün bəstəkar Arif Məlikovun estrada mahnılarından ibarət konsert proqramı təqdim ediləcək.

Dünyaşöhrətli bəstəkar Arif Məlikovun 75 illiyinə həsr olunmuş Beynəlxalq Teatr Festivalı davam edir. Bu gün axşam Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında bəstəkarın estrada mahnılarından ibarət konsert proqramı təqdim ediləcək. Noyabrın 28-i isə filarmoniyada bəstəkarın 4-cü simfonik konserti səsləndiriləcək. Konserti Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin dirijoru Rauf Abdullayev idarə edəcək. Festivala noyabrın 30-da yekun vurulacaq. Həmin gün Bakı Musiqi Akademiyasında Arif Məlikovun yaradıcılığına həsr olunmuş elmi konfrans keçiriləcək. Eyni zamanda, filarmoniyada bəstəkarın həyat yaradıcılığına həsr olunmuş səyyar sərgi, klub, kitabxana muzeylərdə, uşaq musiqi ya incəsənət məktəblərində isə silsilə tədbirlər keçiriləcək.

 

Mərkəz.- 2008.- 27 noyabr.- S. 11.