Efir
məni peşəkar
ifalarla doydura bilmir
Qəndab Quliyeva Qarabağı
bayatıları ilə
vəsf etmək arzusundadır
"Mən 1982-ci ildə
teatrda çalışmışam
və bu müddətdə toy bazarı
haqqında ümumiyyətlə,
düşünməmişəm. O zaman səsimə ziyan olar deyə
nə turş, nə də acı təamlar yemirdim. Həmişə özümü soyuqdan
qorumuşam. İndiki
sənətçilər isə
ancaq maşın, ev uğrunda
bəhsə giriblər.
Peşəkarlıq onların maraq
dairəsindən çox-çox
uzaqdadır". Bu sözləri Xalq artisti, xanəndə Qəndab Quliyeva deyib. Uzun illərdir səhnədən
uzaqlaşan xanəndə
xanım şərtlərə
boyun əymək istəmədiyini söylədi:
"Yeni mahnılar, muğam parçaları yazdırmaq üçün
pul lazımdır, mənim isə buna gücüm çatmır. Bir müddət əvvəl
mənə zəng edib təzə diskimin çıxdığı
xəbərini veriblər.
Məlum oldu ki, məni sevənlər
köhnə lent yazılarımdakı
mahnıları bir yerə toplayıb belə bir təşəbbüslə
çıxış ediblər".
Muğamda yeniliklər edən gənclərin ideyasına
birmənalı yanaşmayan
həmsöhbətim iradlarını
bildirdi. Söylədi ki, bu yenilikləri
alqışlamır: "Muğamın
içində muğam
yaradan şəxs acığıma gəlir.
Rəhmətlik Hacıbaba Hüseynov
deyirdi ki, muğam bir dəryadır, mən bir damla. Ancaq indikilər deyir ki, yox, dərya
mənəm. Hələ mən
muğamı yaxşı
bilmirəm, sən dünən çıxmısan
ortalığa, muğamı
haradan bilirsən?
Muğamın içində elə
xırdalıqlar edirlər
ki, dəhşətə
gəlirəm. Səhvlərinə irad tutanda da
acıqlarına gəlir.
Amma unutmayaq ki, əvvəlki
illərdə muğamı
bizlərə sərbəst
şəkildə oxumağa
imkan vermirdilər.
Televiziyaya gəlirdim, deyirdilər
ki, dəsgah şəklində muğam
oxuma. Amma indi hər birimiz üçün geniş qapılar açılıb. Bundan
düzgün şəkildə
faydalanmaq lazımdır".
Şou-biznes ifaçılarının
muğamdan bəhrələnməsini
isə Qəndab xanım ümumiyyətlə,
qəbul etmədiyini bildirdi. Onun fikrincə, hər bir fərd bacardığı
işin qulpundan yapışmalıdır: "İndiki
şou ulduzları özlərini gülünc
vəziyyətinə qoyublar.
Mən belə çıxışlara yarımçıq
ifa kimi baxıram. Konkret hansı yanrda oxuduqlarını müəyyən
edə bilmirlər. Son illər ekrana az-az baxıram. Efir məni
peşəkar ifalarla doydura bilmir. Yuxarıda sadaladığım problemlərin
əksəriyyətini tele-kanallarda
görürəm. Vaxtilə Şövkət
Ələkbərova, Sara Qədimova
əllərini bir-birinin
üstünə qoyub,
sakitcə oxuyardılar.
İndi isə ifaçılar ayaqlarını ayaqlarının
üstünə aşırır,
bir-birinə efir mədəniyyətindən uzaq
hərəkətlər edirlər".
Söhbətinin sonunda Qəndab Quliyeva arzularıdan da söz açdı. Dedi ki, bir çox
sənət adamının
unutduğu Qarabağ problemi ətrafında çox düşünür
və buna yaxın bir layihə ərsəyə
gətirmək arzusundadır:
"Bu, hələlik arzu
olaraq qalır. Çünki qeyd etdiyim kimi, maliyyə imkanlarım qaydasında deyil. Amma qismət olsa, istəyirəm bir klipim olsun, Həcər,
Nigar kimi mən də at üstündə çapım,
Qarabağın yolunu kəsən sədləri
uçurum, dağıdım,
erməni işğalında
qalan yurdlarımıza
baxıb bir bayatı çağırım:
Əslim Qarabağlıdır,
Sinəm çarpaz dağlıdır,
Nə gələn var, nə gedən,
Yollar yaman bağlıdır
Kaspi.- 2008.- 22-24 noyabr.- S. 16.