Əbədiyyətadlı səkkizinci simfoniyanın təqdimatı olub

 

"Azərsun Holdinq"in maliyyə dəstəyilə hazırlanan disk dəsti böyük maraqla qarşılanıb

 

Azərbaycanın görkəmli bəstəkarı, xalq artisti Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Festivala noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Xor Kapellasının I simfonik konserti ilə start verilib. Tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət xadimləri ilə yanaşı, "Azərsun Holdinq"in rəhbərliyi digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq artisti Arif Məlikovun yubileyi ilə əlaqədar təşkil olunan Beynəlxalq Festival noyabrın 30-dək davam edəcək. Beynəlxalq Festivalda dahi bəstəkarın əsərləri musiqisevərlərə təqdim olunacaq. Festivalın açılış mərasimində sənətkarın ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Əbədiyyət" adlı səkkizinci simfoniyasının kompakt disk dəstinin təqdimetmə mərasimi keçirildi. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşkilatçılığı "Azərsun Holdinq"in maliyyə dəstəyilə hazırlanmış disk dəsti iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Təqdimetmə mərasimində çıxış edən yubilyar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

Üç nöqtə.- 2008.- 21 noyabr.- S. 13.