Londonda yeni  Avropa - Azərbaycan Cəmiyyəti  yaradıldı

 

Yeni yaradılmış "Avropa-Azərbaycan Cəmiyyəti"nin ( "The European Azerbaiyan society") əsas məqsədi Azərbaycanı Avropada tanıtmaq olacaq. Bu barədə "Trend"ə Londonda cəmiyyətin sədri Tale Heydərov məlumat verib. "Azərbaycanın mədəniyyətini, tarixini, iqtisadi potensialını avropalılara çatdırmaq - əsas məqsədimizdir", -deyə Heydərov vurğulayıb.Onun sözlərinə görə, Cəmiyyətin qarşısında duran əsas məsələlərdən biri Dağlıq Qarabağ problemini ictimaiyyətə olduğu kimi çatdırmaqdır. "Müxtəlif nəşrlər hazirlayırıq onlar Avropada da yayılır. İngilis dilində çıxan "Visions of Azerbaiyan" yurnalı Azərbaycanın mədəniyyəti tarixi haqqındadır", - deyə o bildirib. Heydərovun sözlərinə görə, "Avropa Azərbaycan Cəmiyyəti" ingiliscə dərc olunan yeni qəzetin nəşrinə hazırlaşır bu, Azərbaycanla bağlı yenilikləri əcnəbilərə çatdırmağa yönəlmiş bir nəşr olacaq". Yeni yaradılmış Cəmiyyətin sədri 3-cü sayı işıq üzü görmüş "Azərbaycan: 100 suala cavab" adlı kitab haqqında da məlumat verib. " Biz bu kitabın həm rus, həm ingilis variantını hazırlamışıq onu ingiltərədə digər Avropa ölkələrində yaymağa çalışacağıq", - Heydərov qeyd edib əlavə edib ki, Cəmiyyətin dəstəyi ilə Azərbaycanın muğamı, mədəniyyəti Qarabağ haqqında ingilis dilində yeni film çəkilir: "Film yaxın aylarda Avropanın televiziya kanallarından birində nümayiş etdiriləcək". Yeni yaradılmış "Avropa - Azərbaycan Cəmiyyəti" əvvəllər "London - Azərbaycan Cəmiyyəti" adı altında fəaliyyət göstərib.
   

Həftə içi.- 2008.- 27 noyabr.- S. 2.