İbrahimova S.
Azərbaycanda ilk karaoke müsabiqəsi keçirilir
Qalib dünya
çempionatına qatılacaq
Azərbaycan yaxın aylarda beynəlxalq "Karaoke World şhips" qurumuna
üzv seçiləcək. Hazırda qurum 54 ölkənin yerli təşkilatını özündə birləşdirir. Azərbaycanlı nümayəndələrlə aparılan yazışmalardan sonra ölkəmizə gələn il keçiriləcək beynəlxalq karaoke yarışmasının final gecəsində iştirak etmək şansı
veriləcək. Bu barədə məlumat verən müsabiqənin təşkilat komitəsinin nümayəndəsi Zaur Kamal bildirib ki, moskvalı nümayəndələr quruma 2 ildən sonra üzv seçilib. Azərbaycana isə bu şans yanvarın sonunda keçiriləcək assambleyada veriləcək. Həmin ərəfədə Azərbaycanda beynəlxalq qurumun milli təşkilat komitəsinin yaradılması nəzərdə tutulub. Zaur Kamalın əlavəsinə görə, qurumun
üzvlüyünə Xalq artisti Yalçın Rzazadə, Əməkdar incəsənət xadimi Baba
Vəziroğlu, aranyimançı Yaşar Baxış, Mədəniyyət və Turizm
İdarəsinin rəisi
Əlikram Əliyev, "ŞFT" MMC-nin rəhbəri Fərhad Şabanov, "Stop klub"un rəhbəri Elçin Səmədov və özünün seçilməsi üçün namizədliyi irəli sürülüb.
Qeyd edək ki, beynəlxalq qurumun şərtlərindən irəli gələn məsələlərdən biri artıq gerçək həllini tapır. Belə ki, "ŞFT" MMC, "Stop Klub" və Zaur Kamalın təşəbbüsü ilə "Karaoke" müsabiqəsinə start verilib. Bakı ərazisini
əhatə edən müsabiqədə iştirakçılara
bir neçə dildə oxumaq şansı verilir: "Müsabiqədə ciddi məhdudiyyətlər yoxdur. 18 yaşından yuxarı olan istər azərbaycanlı, istərsə də xarici vətəndaşlar müsabiqəyə qatılırlar. Onlar 2 milli, 2 ingilis və digər dillərdə mahnılar oxumalıdırlar. İştirakçılar arasında
maraqlı və istedadlı gənclər çoxdur. Müsabiqəyə dekabrın 30-da yekun vurulacaq. İştirakçılar arasında 1 oğlan, 1 qız və 1 qrup qalib seçiləcək. Onlar "Xəzər karaoke" milli mükafatı ilə təltif olunacaqlar və qaliblərə gələn il keçiriləcək beynəlxalq final gecəsində iştirak etmək şansı veriləcək".
Söhbəti zamanı Zaur Kamal müsabiqənin
keçirilməsinin vacib tərəflərindən danışdı. Bildirdi ki,
Azərbaycanda milli mahnıların minus variantına
çox az
hallarda rast gəlinir. Karaoke klublarında
rus, ingilis və ya başqa
ölkələrdən olan
musiqilər səsləndirilir.
Amma milli mahnılara nadir hallarda rast gəlmək
mümkündür. Yerli
estrada ulduzlarının
minuslarını karaokeyə
təqdim etdiyini deyən Zaur Kamal bu vasitə
ilə mahnıların
təbliğinə geniş
yol açmaq niyyətinin genişləndiyini
dedi. Söhbətinin sonunda həmsöhbətim
növbəti dəfə
keçiriləcək müsabiqənin
respublika ərazisini əhatə edəcəyini
sözünə əlavə
etdi. Xatırladaq
ki, müsabiqənin münsiflər heyətində
yuxarıda adını
çəkdiyimiz Yalçın
Rzazadə, Baba Vəziroğlu
və Yaşar Baxış təmsil olunurlar
Kaspi.- 2008.- 20 noyabr.- S. 16.