Məmmədli
E.
Üç
oktava açıq səs tale bəxşişidir
Şahin
İsmayılov: "İstərdim ki, sənətə yeni
gələnlər hər şeydən əvvəl
şəxsiyyət olsunlar və sənətdə
həmişə təmiz yolu seçsinlər"
Bəzən belə bir ifadə işlədirlər:
" Havasızlıqdan darıxıram, havam
çatışmır". Bu ifadəni efirdən
sənəti ilə yox, bədəni ilə
gözümüzə girən müğənniləri
görəndə kiçik improvizə edib, belə demək
olar:
"Musiqisizlikdən darıxıram,
musiqi çatışmır".
Təəccüblənməyin, efirdən, radiodan hər gün gözlərimizi və qulaqlarımızı yağır
edənlər musiqi deyil. Axı, əsl musiqi və ya səs
beyni deşməz, beynə işləyər.
Bu gün hay-küylü musiqilər,
əgər onlara musiqi demək mümkünsə, fonoqram
qəhrəmanları rahatlığımızı
əlimizdən alıblar.
Onların əlindən
nə evdə rahat otura bilirik,
nə də getdiyimiz toylarda dincələ bilirik. Hərəsi bir diski vurub qoltuğuna
toya gedirlər. Diski əlindən al, elə bil
canını alırsan.
Ancaq nə yaxşı ki, tək-tük də olsa əsl
musiqini yaşadan, ecazkar səs sahibləri var və onlar bizi
ruhdan düşməyə
qoymurlar. Əksinə,
öz sehrli səsləri ilə ruhumuzu oxşayırlar.
Şahin İsmayılov məhz belələrindəndir.
Bu ad musiqi
ictimaiyyətinə, bir
çox dövlət
strukturlarına bəlli
olsa da, geniş tamaşaçı
auditoriyasına bəlkə
də bir o qədər tanış deyil. çünki o reklam olunmaqla yox, sənəti ilə məşğuldur.
Elə ona görə də mühüm dövlət tədbirlərinə həmişə
dəvət alır. Oxuduqları isə bəstəkar mahnıları, klassik əsərlərdən "Sənsiz",
"Sevgili canan",
"Alagöz", İtalyan
əsərləri olan
"Karuzo", "O Solo
Mio" və s. mahnılardır.Bu qədər musiqi bolluğunda musiqisizlikdən darıxdığımız
bir vaxtda Şahin İsmayılovla söhbət edib, ruhumuza rahatlıq vermək istədik.
-
Aldığımız məlumatlara görə, qonşu
dövlətlərdən də dəvətlər
alırsınız. Hansı dövlətlərdir, kimlərdir
sizin səsinizin sehrinə düşənlər?
- Türkiyədə, Rusiyada
dəfələrlə olmuşam.
Sizə bir maraqlı əhvalat danışım. Bakıda
mötəbər bir məclisdə çıxış
edirdim. Məclis sahibinin Moskvada məşhur iş adamı olan rus qonağı italyan dilində və öz dilimizdə oxuduğum mahnıları dinləyəndən
sonra mənə yaxınlaşıb heyrətə
gəldiyini bildirdi. Mənim "koordinatlarımı"
götürüb soruşdu
ki, Moskvada onun ad günündə
iştirak edə bilərəmmi? Mən də dedim ki,
mən rus mahnılarını çox
az oxuyuram. Qayıtdı ki, "istəyirsən Azərbaycan
dilində və ya italyan dilində
oxu, mənim üçün fərqi yoxdur. Mən yalnız sənin o sehrli səsinə
qulaq asmaq istəyirəm".
Bir müddətdən
sonra doğrudan da o, məni Moskvaya dəvət etdi və
çox yüksək səviyyədə
qarşılandımEMəclisdə Azərbaycan romansları
ilə yanaşı, rus və italyan dillərində də
əsərlər oxudum. Məclisə
yığışmış Rusiyanın tanınmış
siyasətçiləri və
digər məşhur
iş adamları tərəfindən çox
hərarətlə qarşılandım.
Burada mənim adıma
səslənən alqışlar Azərbaycanı təmsil
etdiyimə görə qürurverici idi.
- Özünüz öz
səsinizi qoruyursunuzmu və ifa zamanı
özünüz-özünüzə kənardan baxa bilirsinizmi?
- Səsimi qorumasam,
qədrini bilməsəm Allahın mənə bəxş
etdiyi bu nemətə nankorluq etmiş olaram. Bu səsi mənə
verdiyi üçün
elə gün yoxdur ki, mən
Allaha şükr etməyim. Mən özümə kənardan
baxanda isə həmişə tənqidi
yanaşıram. Hər
ifadan sonra, baxmayaraq ki, hamı tərəfindən
bəyənilir, fikirləşirəm
ki, bundan daha yaxşı oxuya bilərəm.
- Sizi orta nəsil sənətkarlar sırasına aid etmək olar. Gənc nəsildən sizlərin davamçılarını
görürsünüzmü?
- Azərbaycanda
gözəl səsi olan müğənnilər çoxdur. Torpağımızın yəqin
suyundandır ki, bizdə həmişə istedadlar olub və bu gün
də var. İndi ad çəkmək
istəməzdim, ancaq
gələcəyimiz üçün
narahat deyiləm. Bir təəssüflənidirici
hal odur ki, bu insanları
üzə çıxarıb
yetərincə reklam etməsələr, maddi və mənəvi dayaq olmasalar vokal sənəti gələcəkdə təhlükədə
ola bilər. Axı hər adam bu sənətin
həm maddi, həm də mənəvi çətinliyinə
dözə bilmir.
- Şahin
müəllim, sizin kimi səs sahibləri bəzən
təhsillərini musiqiyə böyük önəm verən və
perestij sayılan İtaliya kimi bir ölkədə davam
etdirirlər. Siz nə
əcəb bu yoldan istifadə etməmisiniz?
- İtaliya musiqi məktəblərini bəzən
qarışıq salırlar.
Orada ən yüksək səviyyəli
bir musiqi akademiyası var, ona "La Skala"
məktəbi deyirlər.
Bir də var bizim konservatoriya
kimi məktəb. Məsələn, bizim konservatoriyada iki il oxuyursan, sonrakı
iki ili isə
İtaliyadakı konservatoriyada
təhsilini davam etdirirsən. "La Skala" isə milli və çox
yüksək musiqi məktəbidir. Azərbaycandan orada mənim
bildiyimə görə
Bülbül, Şövkət
Məmmədova, oxuyub
elə orada da işləyən Anatoli-təəssüf ki, soyadını unutmuşam, son illərdə isə mənim tələbə yoldaşım olmuş Azər Zeynalov təhsil alıb. Mən isə buna ehtiyac duymuram.
Bir də bizim üzeyir Hacıbəyov adına Musiqi Akademiyası heç də İtaliya Musiqi Akademiyasından geri qalmır.
- Bildiyimiz kimi bizim
Qarabağın özü boyda dərdimiz də var. Hazırda ermənilərlə
üzbəüz sərhədlərdə
əsgərlərimiz keşikdə
durublar. Belə əsgərlər qarşısında
çıxışlar etmisinizmi
və harada olmusunuz?
- Bir çox bölgələrdə olmuşam.
Ancaq ən çox doğulduğum Goranboy rayonundakı sərhəd bölgələrində
çıxış etmişəm.
Axı Goranboy da düşmənlə üzbəüzdür. Orada
olan hərbi hissələrdə tez-tez
oluram və müxtəlif repertuarlarla
əsgərlərin qarşısında
çıxış edirəm.
üzümü sənət
dostlarıma tutub deyirəm ki, cəbhə xəttinə
tez-tez getsinlər. Əsgərlərin bizlərə
çox ehtiyacları
var. Torpaqlarımızın
işğal altında
olması həmişə
mənim qəlbimi ağrıdır. Allahdan yalnız bir diləyim var: tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ işğaldan azad olunsun və
biz sənətçilər
orada böyük konsert proqramı ilə çıxışlar
edək.
- Qarabağda ilk olaraq
hansı mahnını ifa edərdiniz?
- Düzdür,
"Qarabağ şikəstəsi" mənim səs
tembrimə uyğun deyil, amma yeri gələndə oxuyuram
və deyilənə görə də yaxşı
alınır. Axı məndə
olan üç oktava açıq səsin imkanları genişdir. İşğaldan
azad olunan Qarabağ torpağında,
özü də Xankəndində bir "Qarabağ şikəstəsi"
oxuyardımE Daha sonra "Sevgili canan"ı doğma yurdlarına qayıdan insanlara ərməğan edərdim.
- Sizin yolunuzu davam
etdirən gənclərə nə tövsiyyə edərdiniz?
- Əvvəla, bir
şeyi deyim. Hamı istəyir
ki, maddi cəhətdən yaxşı
yaşasın. Amma mən istərdim ki, sənətə yeni gələnlər hər şeydən əvvəl şəxsiyyət
olsunlar, sənətdə
həmişə təmiz
yolu seçsinlər.
Qoy mənim kimi maddi problemlər
yaşasınlar. Ancaq
sevdikləri, seçdikləri
bu sənəti tanıtmaq üçün
çalışsınlar. O bayağı mahnıları
oxuyub "əməkdar",
"xalq artisti" adı alanlar musiqi tarixində, insanların yaddaşında
heç vaxt qalmayacaqlar. Əsl sənətkar ad verilməsə də sənəti ilə xalqın yaddaşında həmişə yaşayır.
Bizim milli kökümüzə
bağlı olan, qanımıza hopmuş klassik bəstəkarlarımızın
xalq mahnılarının
mahir ifaçısı
olmaq lazımdır. üzeyir bəydən, Rəşiddən, Bülbüldən,
Şövkət xanımdan
və digər tanınmışlardan biz
necə bəhrələnmişiksə, yeni nəsil
də eləcə bəhrələnsin.
- Sizin ifanızda
Dövlət Televiziya və Radiosunun Qızıl Fondunda
nəsə varmı?
- Dövlət Radiosunun
Qızıl Fondunda mənim ifamda 30-dan çox mahnı
saxlanılır. Onların hamısı, şükürlər
olsun ki, klassik bəstəkarların
əsərləridir. Elə
yeni gələn nəslə də bir tövsiyyəm odur ki, onların
da ifalarında mahnılar yazılıb beləcə Qızıl Fondda saxlanılsın.
Təzadlar.- 2008.- 14 noyabr.- S.
8.