Milli mədəniyyətimizə həsr
olunmuş sərgi keçirilib
Tələbələrin Sosial Həyatı
üzrə Regional Mərkəz
(CROUS) və şəhər
meriyası əcnəbi
tələbələrin şərəfinə
Strasburqda təntənəli
mərasim təşkil
etmişdir. Mer və bələdiyyə idarəsi əməkdaşlarından,
CROUS-un rəhbərliyindən,
müxtəlif universitetlərin
müəllimlərindən, yerli və əcnəbi
tələbələrdən ibarət 500 nəfərlik
tədbirdə Azərbaycan,
Çin və Gürcüstanla bağlı
sərgi təşkil
olunmuşdur.
Mark
Blok Universitetinin tələbəsi Məmməd
İsmayılovun təşkilatçılığı
və "Azərbaycan evi"nin yaxından köməyi
ilə təşkil edilmiş sərgidə musiqi
alətlərimizdən saz, tar və qaval, tariximiz,
mədəniyyətimiz, ədəbiyyatımız və incəsənətimizdən
bəhs olunan kitablar, xəritəmiz, turizmlə bağlı
kitabçalar, kiçik ölçülü xalçalar,
poçt markaları və digər əşyalar
nümayiş etdirilmişdir.
Mərasimdə
tələbələrdən Laçın Bayramova və
Şahin Hüseynli milli rəqslərimizi ifa etmişlər. Onların çıxışı
iştirakçıların hədsiz marağına səbəb olmuş və tamaşaçılar
onları dəfələrlə
səhnəyə çıxmağa
məcbur etmişlər.
Sərgi
və rəqslərimizin təsiri o dərəcədə
yüksək olmuşdur ki, mer, CROUS-un rəhbəri və
yerli sakinlər sərginin önündə xatirə
şəkli çəkdirmişlər. Onlara Azərbaycan
mahnı və rəqslərinin yazıldığı
disklər hədiyyə verilmişdir.
Səs.- 2008.- 26 noyabr.- S. 12.