Salam, Şərq mədəniyyət
festivalında Azərbaycan
klassik musiqiləri səslənib
Avstriyada
Şərq ölkələrinin musiqi, rəqs və
poeziyasına həsr edilmiş "Salam, Şərq"
adlı mədəniyyət festivalında Azərbaycanı
əməkdar artisti Sevda Ələkbərzadə təmsil
etmişdir.
Ənənəvi
olaraq keçirilən bu festival hər il payız aylarında
təşkil olunur. Festivalda Qafqaz ölkələrini təmsil edən musiqiçilərə xüsusi
yer verilir. Xatırladım ki, bu festivalda Azərbaycanın
professional sənətkarları
iştirak edirlər. Məlum olduğu kimi, ötən illərdə xalq artisti Alim Qasimov
və caz ustası, bəstəkar Əzizə Mustafazadə həmin festivalda ölkəmizi maraqlı musiqi proqramı ilə təmsil etmişlər.
Bu
il isə festivalda çıxış Sevda
Ələkbərzadəyə həvalə olunub. Festival ötən gün keçirilib. Vyanada "Sargfabrik" Mədəniyyət
Mərkəzində keçirilən
festivalı giriş sözü ilə "Salam, Şərq" mədəniyyət festivalının
rəhbəri Norbert Ehrlix açaraq, Azərbaycan musiqi sənəti ilə bağlı iştirakçılara
məlumat verərək,
milli musiqimizin gözəlliyindən danışmışdı.
Məhz Azərbaycan musiqisinə vurğunu olduğunu bildirmişdi. Eyni zamanda, Sevda Ələkbərzadənin məxsusi
ifasında bu musiqinin Avstriya dinləyicilərinə mənəvi
zövq bəxş edəcəyinə əmin
olduğunu bildirmişdi.
Festivalda
müğənni Azərbaycan milli musiqi sənətinə
daxil olan klassik əsərləri səsləndirmişdi. Belə ki, o,
"Bayatı-kürd",
"Ay Lolo", "Hardasan", "Bayatı-Şiraz", "Mahur",
"Mən səni araram", "Gül açdı" və digər xalq mahnıları və muğamlarımızı etno-caz
stilində improvizasiya
edilmiş bir şəkildə təqdim
etmişdir. Konsert proqramı festival iştirakçıları tərəfindən
maraqla qarşılanmışdır.
Həmin
əsərlər internet vasitəsilə canlı
yayımlanmışdır. Bir neçə gündən sonra
isə EMAP.FM radiokanalının internet portalında konsertin
səs yazısı yerləşdiriləcəkdir və
musiqisevərlər istənilən vaxt həmin konserti
dinləyə biləcəklər.
Səs.- 2008.- 7 noyabr.- S. 12.