“Sarı gəlin”lə bağlı
daha bir versiya
Bəstəkar və sənətşünas-alim
Rəhilə Həsənova
"Sarı gəlin"
Azərbaycan xalq mahnısı ilə bağlı düşüncələrini
açıqlayıb. Bu açıqlamalardan belə çıxır ki, "Sarı gəlin" mahnısı
qədim türklərin
Günəşə sitayişi
ilə bağlı mərasimin bir hissəsi kimi mövcud olub. R.Həsənova öz düşüncələrini
Mirəli Seyidov və Nasir Rzayev
kimi alimlərin əsərlərindən çıxarışlarla
əsaslandırıb. Onların tarixi-etnoqrafik təqdimatlarının
əsas bazası isə folklor nümunələridir.
R.Həsənova:
"Qədim türklərin
adətlərindən biri
sevdiyi qızı Günəşlə müqayisə
etmək olub. Qədim türklərdə Günəş
qadın cinsinə aid
edilirdi. Gözəl xanımın
saçlarını Günəş
şüaları ilə
müqayisə edərkən
bu mahnının bəzi misralarına başqa qədim türk mahnılarında da epizodik şəkildə
rast gəlinir".
Ola bilər ki, R.Həsənovanın bu fikirləri ermənilərin
"Sarı gəlin"i
özününküləşdirmək iddialarını boğazlarında
qoyacaq - axı əgər onlar mahnını oxuyarkən ora öz sözlərini
əlavə ediblərsə,
bu o demək deyil ki "Sarı gəlin" erməni mahnısıdır,
həm də bu gözəl folklor əsərinin türk xalqlarına aid olmasını qədim türk mahnılarının
analizi elmi şəkildə təsdiq
edib.
Həftə içi.- 2008.- 14 noyabr.- S. 8.