"Muğamat var olan yerdə"
Bakı
şəhəri Mədəniyyət və Turizm
İdarəsinin təşkilatçılığı
ilə Səbail rayonu Bibiheybət qəsəbə
Mədəniyyət evində Azərbaycan muğamlarına
həsr olunmuş "Muğamat var olan yerdə" adlı
ədəbi-bədii, musiqili tədbir keçirildi. Tədbiri giriş sözü ilə mədəniyyət evinin direktoru, tarzən Şahin Verdiyev açaraq, zəngin keçmişə malik olan olan muğamlarımızdan
söz açdı.
O,
Azərbaycan muğamlarının inkişafında, təsnif
və xalq mahnılarının, dəraməd və
rənglərin yaranmasında böyük xidmətləri olan
Mir Möhsün Nəvvab, Cabbar Qaryağdıoğlu,
Sadıqcan, Şəkili Ələsgər, Malıbəyli
Həmid, Seyid və Xan Şuşinskilər, Əhməd
Bakıxanov, Mirzə Mansur və Bəhrəm Mansurovlar,
Mütəllim Mütəllimov, Zülfü
Adıgözəlov, Hacıbaba Hüseynov, Yaqub
Məmmədov və s. kimi sənətkarların, ustad
xanəndələrin adını qürur hissi ilə yad
edərək, bu sənətin inkişafında olan
böyük xidmətlərindən danışdı. O qeyd
etdi ki, bu ustad sənətkarlar xalq musiqimizi, ana
laylarımız olan muğamlarımızı öz
əcdadlarından əmanət olaraq qəbul etmiş, onu
göz bəbəyi kimi qorumuş,
təəssübünü çəkmiş və
bütün dünyada fəxrlə təbliğ və
tərənnüm etmişlər.
Bu
gün bu missiyanın daşıyıcısı Heydər
Əliyev fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoş
məramlı səfiri xanım Mehriban Əliyeva
muğamlarımızın dünya miqyasında
tanınması və şöhrət tapmasına
böyük səy göstərir. Onun
muğamlarımıza, istedadlı
gənc ifaçılarımıza,
eləcə də korifey muğam ustalarına ayırdığı
diqqət və qayğı, dəstək
hər bir azərbaycanlını sevindirməyə
bilməz. Xanım M.Əliyevanın təşəbüssü
ilə Bakının Mərkəzində tikilən,
dünyada analoqu olamayan Muğam Mərkəzinin Azərbaycan
musiqisinə, mədəniyyətinə
bir töhfə olacağını qeyd etməmək mümkün
deyil.
Ş.Verdiyev
çıxışının sonunda
səslənəcək "Bayatı-Şiraz" və
"Mirzə-Hüseyn" muğamlarını təhlil
edərək, onun şöbə və hissələrini, bu
muğamlardan hansı görkəmli Azərbaycan
bəstəkarlarının geniş istifadə etdiyini
iştirakçıların diqqətinə çatdırdı.
Natiqin
çıxışından sonra bədii qiraət ustası
Rəşadət Həşimov tədbir
iştirakçıların ovqatına yeni rəng qataraq,
mərhum xanəndə Hacıbaba Hüseynovun "Muğamat
var olan yerdə" qəzəlini söylədi.
Yaranmışdır
muğamatım əcəb bir şux
qəzəllərdən,
Qəzəllər
ixrilaf eylər qara gözlü gözəllərdən.
Gözəllər
imtina etməz bu sevdaya dözənlərdən
Həmişə
şad olur könüllər kamança, tar olan yerdə,
Xüsusən,
zövq alar arif, muğamat var olan yerdə.
Nə
lazim musiqimizdə dolansın əcnəbi səslər
Sərəncam
eyləsin gərək, mütləq ustad olan kəslər.
Yazılsın
şeirlər düzgün, oxunsun şux
müxəmməslər
Verilsin
ali qiymətlər, fəqət hüşyar olan yerdə,
Xüsusən,
zövq alar arif, muğamat var olan yerdə.
Tədbirin
sonunda muğam ifaçıları tarzən Şahin Verdiyev,
kamançaçı Elnur Məmmədov, qarmon
ifaçısı Ağami Ağayev və nağara
çalan Məşədi Mehmanın ifasında
"Çahargah" rəngi ifa olundu.
Xanəndələrdən
Vüsalə İlyasova və Sevda Bəxtiyarova "Bayatı
-Şiraz", "Mirzə Hüseyn"
muğamlarını, xalq mahnılarını və
Azərbaycan bəstəkarlarının mahnılarını
ifa etdilər.
Səs.- 2008.- 11 noyabr.- S. 12.