Mükərrəmoğlu M.

 

Qarabağ – irsimizin əbədi yaddaşı  adlı kitab işıq üzü gördü

 

Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü iləQarabağirsimizin əbədi yaddaşıadlı nəfis tərtibatlı kitab işıq üzü gördü.

Kitab yüksək poliqrafiya səviyyəsində hazırlanmışdır. Burada 300-ə yaxın rəngli illüstrasiya, cizgi abidələrin fotoları vardır. Kitabda verilən abidələrin hamısı işğal altında olan ərazilərdə yerləşirlər.

Nəşrdə memarlıq abidələri ilə yanaşı, həmin ərazilərdəki arxeoloji obyektlər və daş plastikası nümunələri də öz əksini tapmışdır. Bütün materiallar işğal olunmuş hər bir rayon üzrə təqdim olunmuşdur. Ən möhtəşəm abidələr haqqında yetərli sayda illüstrativ materiallar ilə təmin olunmuş məqalələr verilmişdir. Nəşrin axırında əsərdə rast gəlinən tarixi şəxslər barəsində izahlı lüğət işğal altında olan tarixi-mədəniyyət abidələrinin ətraflı siyahısı yerləşdirilmişdir. Kitab Azərbaycan ingilis dillərində hazırlanıb. Əsər xarici ölkə ictimayyətinin mədəni irsimizin xüsusi diqqət tələb edən bu önəmli sahəsi ilə tanış olunmasında mühüm rol oynayacaqdır. Eyni zamanda, əsər Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişədən öncə bu abidələrin durumunu bilmək sonrakı vəziyyətləri barəsində monitorinq aparmaq baxımından çox dəyərli bir mənbədir. Mədəniyyət Turizm Nazirliyi gələcəkdə bu mövzuda daha bir neçə nəşrin hazırlanmasını nəzərdə tutur.

 

Xalq qəzeti.- 2008.- 28 noyabr.- S. 5.