Mil­li mu­si­qi­miz XXI əsr­də ye­ni döv­rü­nü ya­şa­yır

 

İki cild­dən iba­rət olan "Mu­ğam en­sik­lo­pe­di­ya­sı" mu­ğam­la bağ­lı ət­raf­lı mə­lu­mat­la­rı özün­də cəm­ləş­di­rib

 

Mil­li mu­si­qi sə­nə­ti­mi­zin in­ki­şaf və təb­li­ği müa­sir döv­rü­müz­də mə­də­niy­yət si­ya­sə­ti­nin əsas xət­lə­rin­dən bi­ri­ni təş­kil edir. Mil­li nü­mu­nə­lər ta­ri­xin daş yad­da­şı­na hop­muş hə­qi­qət­lə­ri aş­ka­ra çı­xa­rır, Azər­bay­ca­nın ta­ri­xi döv­rü­nü əks et­di­rir. Bu nü­mu­nə­lə­rin hər bi­rin­də Azər­bay­ca­nın məi­şə­ti, adət-ənə­nə­si, qəh­rə­man­lıq ta­ri­xi, za­man-za­man düş­mə­nə qar­şı olan mü­ba­ri­zə əz­mi tə­biə­ti­nə, in­san­la­rın bir-bi­ri­nə olan sev­gi hiss­lə­ri, bə­şə­ri də­yər­lər öz ək­si­ni ta­pır. Söz­süz ki, bu və ya di­gər ənə­nə­lə­ri özün­də ya­şa­dan və müa­sir­lik­lə klas­si­ka ara­sın­da bir kör­pü ro­lu­nu oy­na­yan də­yər­lə­rin hər bi­ri­nin qo­ru­nub sax­la­nıl­ma­sı, təb­li­ği üçün ge­niş im­kan­lar ya­ra­dıl­maq­da­dır. Mu­si­qi sə­nə­ti­mi­zin na­dir in­ci­lə­ri, elə­cə də, YU­NES­KO-nun dün­ya­nın şah əsər­lə­ri sı­ra­sı­na da­xil olan mu­ğam­la­rı Azər­bay­can ta­ri­xi­nin möh­tə­şəm­li­yi­ni və qə­dim­li­yi­ni əks et­di­rən sə­nət əsə­ri­dir.

Era­mız­dan əv­vəl Şu­mer döv­rü­nə tə­sa­düf edi­lən mu­ğam sə­nə­ti ço­xə­sir­lik yol ke­çə­rək gü­nü­mü­zə qə­dər yol keç­miş və mu­si­qi­nin müx­tə­lif janr­la­rın­dan mey­da­na gə­lən əsər­lə­rin, de­mək olar ki, hər bi­ri məhz bu abi­də­dən bəh­rə­lən­miş­dir. Ope­ra və ba­let­lə­ri­miz, elə­cə də, mah­nı­lar, rəqs­lər mu­ğam ele­ment­lə­ri­ni özün­də ya­şa­dan mu­si­qi əsər­lə­ri­dir. Hər əs­rin za­man kə­si­yin­də mu­ğam sə­nə­ti­nə olan diq­qət və qay­ğı ol­muş, mu­si­qi­çi­lər tə­rə­fin­dən şi­fa­hi şə­kil­də, son­ra­lar isə not­la­ra kö­çü­rü­lə­rək xal­qa təq­dim edil­miş­dir. Bu gün mu­ğam sə­nə­ti­nin döv­lət tə­rə­fin­dən olan diq­qət və qay­ğı ta­ma­mi­lə baş­qa bir for­ma al­mış­dır. Hey­dər Əli­yev Fon­du­nun Pre­zi­den­ti, YU­NES­KO və İSES­KO-nun xoş­mə­ram­lı sə­fi­ri, mil­lət və­ki­li Meh­ri­ban xa­nım Əli­ye­va mil­li mu­si­qi­miz ilə bağ­lı ha­zır­la­dı­ğı la­yi­hə­lər əsa­sın­da Azər­bay­can mu­ğa­mı­nın in­ki­şaf və təb­li­ği­ni məq­səd ola­raq qar­şı­ya qoy­muş­dur. "Mu­ğam en­sik­lo­pe­di­ya­sı"nın ha­zır­lan­ma­sı, Mu­ğam Mər­kə­zi­nin in­şa­sı, Azər­bay­can xa­nən­də­lə­ri al­bom və dis­ki­nin bu­ra­xıl­ma­sı, mu­ğam mü­sa­bi­qə­lə­ri­nin ke­çi­ril­mə­si, elə­cə də, mu­ğam ifa­çı­la­rı­nın kon­sert­lə­ri­nin Döv­lət Fi­lar­mo­ni­ya­sı­nın təş­ki­li bu la­yi­hə­lər içə­ri­sin­də hə­ya­ta ke­çi­ril­mək­də­dir. Azər­bay­can xa­nən­də­lik mək­tə­bi­nin gör­kəm­li nü­ma­yən­də­lə­ri olan Cab­bar Qar­yağ­dı­oğ­lu­nun, Xan Şu­şins­ki­nin, Se­yid Şu­şins­ki, Ke­çə­çi Ələs­gər, İs­lam Ab­dul­la­yev, Bül­bül­can ki­mi sə­nət­kar­la­rın ya­ra­dı­cı­lıq ir­si­nin bir ye­rə top­la­nıl­ma­sı və ge­niş bir şə­kil­də təb­li­ği is­ti­qa­mə­tin­də gör­dü­yü iş­lər ar­tıq öz bəh­rə­si­ni ver­mək­də­dir. Bil­di­yi­miz ki­mi, bu is­ti­qa­mət­də mu­ğam mü­sa­bi­qə­lə­ri­nin ke­çi­ril­mə­si, Azər­bay­can gənc­lə­ri­nin mil­li mu­si­qi­mi­zə olan ma­raq his­si­ni da­ha da ar­tır­mış və gə­lə­cək xa­nən­də­lər nəs­li­nin ye­tiş­mə­si­nə yol aç­mış­dır. Bu mü­sa­bi­qə­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si nə­ti­cə­sin­də çox bö­yük is­te­dad­lı gənc­lər mey­da­na çıx­mış, Azər­bay­can mil­li mu­si­qi­si­ni öl­kə da­xi­lin­də, elə­cə də, dün­ya­da yük­sək bir sə­viy­yə­də təb­liğ edir­lər. Hey­dər Əli­yev Fon­du­nun tə­şəb­bü­sü ilə ke­çi­ri­lən bu la­yi­hə­lər öz nə­ti­cə­si­ni bir də onu gös­tə­rir ki, bun­la­rın əsa­sın­da mil­li də­yər­lə­ri­mi­zə bö­yük bir diq­qət və mə­həb­bət ar­ta­raq mu­si­qi­yə me­yil gös­tə­rən gənc­lər xalq sə­nət nü­mu­nə­lə­ri­ni əxz et­mə­yə ça­lı­şır­lar. Son qı­sa bir dövr ər­zin­də mil­li mu­si­qi sə­nə­ti­miz­də baş ve­rən bu oya­nış mu­ğam sə­nə­ti­nin dün­ya­da da­ha da ge­niş bir şə­kil­də ta­nın­ma­sı­na gə­ti­rib çı­xa­rıb. Dün­ya­nın ən möh­tə­şəm kon­sert sa­lon­la­rın­da Azər­bay­can mu­si­qi ge­cə­lə­ri­nin təş­ki­li, mu­ğam kon­sert­lə­ri, Azər­bay­can ope­ra sə­nə­ti­nin tə­mə­li­ni qoy­muş "Ley­li və Məc­nun" ope­ra­sı­nın Fran­sa ki­mi bir mə­də­ni ta­ri­xə ma­lik olan döv­lət­də nü­ma­yiş et­di­ril­mə­si, bu ki­mi uğur­lar mil­li mu­si­qi­mi­zin təb­li­ği və in­ki­şa­fı de­mək­dir. Meh­ri­ban xa­nım Əli­ye­va­nın mil­li mu­si­qi­mi­zə olan diq­qət və qay­ğı­sı nə­ti­cə­sin­də əl­də olun­muş bu nai­liy­yət­lər göz qa­ba­ğın­da­dır. Bu ya­xın­lar­da Hey­dər Əli­yev Fon­du­nun tə­şəb­bü­sü ilə Azər­bay­can mu­ğa­mı­na həsr olun­muş "Mu­ğam en­sik­lo­pe­di­ya­sı"nın işıq üzü gör­mə­si də yu­xa­rı­da­kı qeyd et­di­yi­miz la­yi­hə­nin da­va­mı­dır. İki cild­dən iba­rət olan bu en­sik­lo­pe­di­ya həm mu­ğam­la bağ­lı ət­raf­lı mə­lu­mat­la­rı özün­də cəm­ləş­di­rir, həm də Azər­bay­can mu­ğam­la­rı­nı müx­tə­lif xa­nən­də­lə­rin ifa­sın­da təq­dim edir. Ki­ta­bın re­dak­si­ya he­yə­ti­nin səd­ri və baş re­dak­to­ru Meh­ri­ban xa­nım Əli­ye­va­dır. "Mu­ğam en­sik­lo­pe­di­ya­sı" çap nəş­rin­də bö­yük həcm­də in­for­ma­si­ya, 1300-ə ya­xın mə­qa­lə - mu­ğam sə­nə­ti­lə bağ­lı ter­min­lə­rin şər­hi, mu­ğam ifa­çı­la­rı­nın, bəs­tə­kar­la­rın ya­ra­dı­cı­lı­ğı haq­qın­da mə­lu­mat­lar, an­tik dövr­dən müa­sir döv­rə ki­mi dün­ya­nın bö­yük alim­lə­ri və on­la­rın mu­si­qi­yə, mu­ğa­ma həsr olun­muş el­mi əsər­lə­ri­nə da­ir bil­gi­lər, Azər­bay­ca­nın və xa­ri­ci öl­kə­lə­rin mə­də­niy­yət xa­dim­lə­ri­nin mu­ğam haq­qın­da fi­kir­lə­ri, bir sı­ra təş­ki­lat­la­ra - mu­si­qi təh­si­li ocaq­la­rı, ar­xiv­lər, mu­zey­lər, fond­lar, mu­si­qi kol­lek­tiv­lə­ri ilə bağ­lı mə­lu­mat öz ək­si­ni tap­mış­dır. En­sik­lo­pe­di­ya­da­kı mə­qa­lə­lər - xa­ri­ci dil­də söz və ter­min­lər da­xil ol­maq­la, əlif­ba sı­ra­sı ilə dü­zül­müş­dür. En­sik­lo­pe­di­ya­nın tər­ti­bin­də Azər­bay­can Mil­li En­sik­lo­pe­di­ya­sın­dan, Əf­ra­si­yab Bə­dəl­bəy­li­nin "İzah­lı-mo­noq­ra­fik mu­si­qi lü­ğə­ti"ndən, "Üze­yir Ha­cı­bə­yov en­sik­lo­pe­di­ya­sı"ndan, "Bö­yük Mu­si­qi En­sik­lo­pe­di­ya­sı"ndan, A.Dol­jans­ki­nin "Mu­si­qi lü­ğə­ti"ndən və s. en­sik­lo­pe­dik nəşr­lər­dən, el­mi təd­qi­qat­lar­dan, şəx­si ar­xiv­lər­dən is­ti­fa­də olun­muş­dur. En­sik­lo­pe­di­ya­nın so­nun­da ədə­biy­yat si­ya­hı­sı (bib­li­oq­ra­fi­ya və no­toq­ra­fi­ya) ve­ri­lir, bu si­ya­hı­ya Azər­bay­can və xa­ri­ci mü­əl­lif­lə­rin təd­qi­qat­la­rı, şi­fa­hi ənə­nə­li mu­si­qi nü­mu­nə­lə­ri­nin not nəşr­lə­ri da­xil­dir. "Mu­ğam en­sik­lo­pe­di­ya­sı" la­yi­hə­si çər­çi­və­sin­də "Azər­bay­can xa­nən­də­lə­ri" ad­lı səs­ya­zı­la­rı­nın kol­lek­si­ya nəş­ri hə­ya­ta ke­çi­ril­miş­dir. Azər­bay­ca­nın gör­kəm­li mu­ğam us­tad­la­rı­nın Azər­bay­can Döv­lət Səs­yaz­ma­la­rı Ar­xi­vi­nin, Azər­bay­can Res­pub­li­ka­sı Döv­lət Te­le­vi­zi­ya və Ra­dio Ve­ri­liş­lə­ri Qa­pa­lı Səhm­dar Cə­miy­yə­ti­nin Fon­dun­da, Azər­bay­can Döv­lət Mu­si­qi Mə­də­niy­yə­ti Mu­ze­yi­nin, Üze­yir Ha­cı­bə­yo­vun ev-mu­ze­yi­nin fond­la­rın­da, şəx­si ar­xiv­lər­də (Bəh­ram Man­su­ro­vun, Fi­ru­din Şu­şins­ki­nin və baş­qa­la­rı­nın ar­xiv­lə­rin­də) sax­la­nı­lan səs­lə­ri ilə bağ­lı uni­kal fo­no­ma­te­ri­al­la­rın rə­qəm­sal for­mat­da qo­run­ma­sı üçün, on­lar müa­sir tex­ni­ki va­si­tə­lə­rin kö­mə­yi ilə bər­pa olun­muş, səs­da­şı­yı­cı­la­rın bü­tün növ­lə­rin­də səs in­for­ma­si­ya­sı yı­ğıl­mış­dır. "Mu­ğam en­sik­lo­pe­di­ya­sı"nın "Azər­bay­can xa­nən­də­lə­ri" səs kol­lek­si­ya­sı 6 al­bom­dan: "Qa­ra­bağ xa­nən­də­lə­ri", "Mu­ğam dəst­gah­la­rı", "Gənc xa­nən­də­lər", "Us­tad xa­nən­də­lər" (ki­şi və qa­dın xa­nən­də­lər) ad­lı 5 CD al­bom və "Mu­ğam en­sik­lo­pe­di­ya­sı" elekt­ron mul­ti­me­dia DVD nəş­rin­dən iba­rət­dir. "Qa­ra­bağ xa­nən­də­lə­ri" al­bo­mu Qa­ra­bağ mu­ğam ifa­çı­lı­ğı mək­tə­bi­nə mən­sub gör­kəm­li Azər­bay­can xa­nən­də­lə­ri­nin səs­ya­zı­la­rı­nı əha­tə edir. 4 CD disk­dən (MP3 for­ma­tın­da) iba­rət top­lu­ya XX əs­rin əv­vəl­lə­rin­də fəa­liy­yət gös­tə­rən xa­nən­də­lə­rin qram­mo­fon val­la­rın­da qo­ru­nub sax­la­nı­lan ifa­la­rı ilə ya­na­şı, bu mək­tə­bin ənə­nə­lə­ri­ni da­vam et­di­rən or­ta və gənc nə­sil xa­nən­də­lə­ri­nin ifa­sın­da mu­ğam­lar, təs­nif və xalq mah­nı­la­rı da­xil edil­miş­dir. "Mu­ğam dəst­gah­la­rı" al­bo­mu­na da­xil olan 4 CD disk­də (MP3 for­ma­tın­da) Azər­bay­can şi­fa­hi ənə­nə­li pro­fes­sio­nal mu­si­qi xə­zi­nə­si­nin in­ci­lə­ri olan bü­tün mu­ğam dəst­gah­la­rı, ki­çik mu­ğam­lar, zər­bi-mu­ğam­lar, şi­kəs­tə­lər və on­la­rın rən­ga­rəng ifa­çı­lıq va­ri­ant­la­rı top­lan­mış­dır. Gör­kəm­li us­tad xa­nən­də­lə­rin və müx­tə­lif xalq çal­ğı alət­lə­ri an­samb­lla­rı­nın ifa­sın­da ve­ri­lən bu səs­ya­zı­la­rı mu­ğam sə­nə­ti­nin zən­gin alə­mi­ni tə­cəs­süm et­di­rir. "Gənc xa­nən­də­lər" al­bo­mu 4 CD disk­dən (MP3 for­ma­tın­da) iba­rət­dir. Bu­ra­da Hey­dər Əli­yev Fon­du tə­rə­fin­dən ke­çi­ri­lən mu­ğam- te­le­vi­zi­ya mü­sa­bi­qə­lə­ri­nin 2005 və 2007-ci il­lər lau­re­at­la­rı­nın ifa­sın­da Azər­bay­can mu­ğam dəst­gah­la­rı, ki­çik mu­ğam­lar və zər­bi- mu­ğam­lar top­lan­mış­dır. Mu­ğam an­samb­lı­nın mü­şa­yiə­ti ilə gənc xa­nən­də­lə­rin səs­ya­zı­la­rı us­tad xa­nən­də­lə­rin ənə­nə­lə­ri­nin da­vam et­di­ril­di­yi­ni, mu­ğam sə­nə­ti­nin müa­sir dövr­də in­ki­şa­fı­nı əks et­di­rir. "Us­tad xa­nən­də­lər" al­bo­mu ki­şi və qa­dın xa­nən­də­lər ad­lı iki his­sə­dən iba­rət­dir. "Us­tad xa­nən­də­lər" al­bo­mu­nun ki­şi xa­nən­də­lər ad­lı his­sə­si­nə 4 CD disk (MP3 for­ma­tın­da) da­xil­dir. Azər­bay­can mu­ğam sə­nə­ti­nin in­ki­şa­fın­da mü­hüm əhə­miy­yə­ti olan Qa­ra­bağ, Ba­kı, Şir­van və res­pub­li­ka­nın di­gər böl­gə­lə­ri­nin ifa­çı­lıq mək­təb­lə­ri­nin müx­tə­lif nə­sil­lə­ri­nə mən­sub ki­şi xa­nən­də­lə­rin ya­ra­dı­cı­lı­ğı­nı əks et­di­rən səs­ya­zı­la­rın­da mu­ğam dəst­gah­la­rı, ki­çik mu­ğam­lar, zər­bi-mu­ğam­lar, şi­kəs­tə­lər­lə ya­na­şı, təs­nif­lər və xalq mah­nı­la­rı öz ək­si­ni tap­mış­dır. "Us­tad xa­nən­də­lər" al­bo­mu­nun qa­dın xa­nən­də­lər ad­lı his­sə­si də 4 CD disk­dən (MP3 for­ma­tın­da) iba­rət­dir. Bu­ra­da, ilk də­fə ola­raq, Azər­bay­can mu­ğam sə­nə­ti­nin in­ki­şa­fın­da mü­hüm rol oy­na­yan qa­dın xa­nən­də­lə­rin ya­ra­dı­cı­lı­ğı­nı əks et­di­rən səs­ya­zı­la­rı top­lan­mış­dır. On­la­rın ifa­sın­da xü­su­si mə­la­hət­lə səs­lə­nən mu­ğam dəst­gah­la­rı, ki­çik mu­ğam­lar, zər­bi-mu­ğam­lar, şi­kəs­tə­lər­lə ya­na­şı, təs­nif­lər və xalq mah­nı­la­rı zən­gin mu­ğam ir­si­nin gö­zəl və rən­ga­rəng nü­mu­nə­lə­ri­dir. Ümu­mi­lik­də, bu al­bom­la­ra da­xil olan 20 CD disk (MP3 for­mat­da) XX əs­rin əv­vəl­lə­rin­dən baş­la­ya­raq XXI əs­rin əv­vəl­lə­ri­nə ki­mi bir əsr­lik döv­rün səs­ya­zı­la­rı­nı özün­də cəm­ləş­di­rir. Bu­ra­da Azər­bay­can mu­ğam sə­nə­ti­nin in­ki­şa­fın­da bö­yük xid­mət­lə­ri olan gör­kəm­li xa­nən­də­lə­rin, res­pub­li­ka­nın müx­tə­lif böl­gə­lə­ri­nə aid mu­ğam ifa­çı­lıq mək­təb­lə­ri­nin nü­ma­yən­də­lə­ri­nin - us­tad­la­rın və gənc xa­nən­də­lə­rin ifa­sın­da mu­ğam dəst­gah­la­rı, ki­çik mu­ğam­lar, zər­bi mu­ğam­lar, şi­kəs­tə­lər, təs­nif­lər və xalq mah­nı­la­rı öz ək­si­ni tap­mış­dır. "Mu­ğam en­sik­lo­pe­di­ya­sı" elekt­ron mul­ti­me­dia DVD nəş­ri isə şi­fa­hi ənə­nə­li pro­fes­sio­nal mu­si­qi­yə da­ir ge­niş bil­gi­lər ve­rən ma­raq­lı mən­bə­dir. Elekt­ron nəş­rin əsas xü­su­siy­yə­ti on­dan iba­rət­dir ki, bu­ra­da­kı hər bir ter­mi­nin iza­hı çox­tə­bə­qə­li olub, di­gər sə­hi­fə­lər­lə əla­qə­lə­nir, həm­çi­nin, hə­min sö­zü da­ha ət­raf­lı şə­kil­də izah et­mək üçün fo­to, au­dio, vi­deo ma­te­ri­al­lar­dan, mu­si­qi­şü­nas­la­rın səs­lə­nən mü­ha­zi­rə­lə­rin­dən, not nü­mu­nə­lə­rin­dən is­ti­fa­də olu­nur, təq­dim olu­nan şərh­lər can­lan­dı­rı­lır. "Mu­ğam en­sik­lo­pe­di­ya­sı" la­yi­hə­si­nin işıq üzü gör­mə­si dün­ya mu­si­qi xə­zi­nə­si­ni zən­gin­ləş­di­rə­cək mə­də­ni ha­di­sə ki­mi bö­yük əhə­miy­yə­tə ma­lik­dir. Bu la­yi­hə "Bə­şər mə­də­niy­yə­ti­nin şah əsər­lə­ri"ndən bi­ri olan Azər­bay­can mu­ğa­mı­nı dün­ya­nın bü­tün mu­ğam­se­vər­lə­ri­nə çat­dı­ra­raq, mu­ğa­mı öy­rən­mək, bu sə­nə­tin də­rin sir­lə­ri­ni əxz et­mək is­tə­yən hər bir kəs üçün bö­yük və ecaz­kar bir dün­ya, möh­tə­şəm mu­ğam dün­ya­sı haq­qın­da tə­səv­vür ya­ra­dır.

 

Səs.- 2008.- 27 noyabr.- S. 12.