Tahir R.

 

XXI əsrin “Yeddi gözəl”i

 

Qara Qarayev-90

 

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı XX əsrin böyük bəstəkarı, dünya şöhrətli musiqiçi Qara Qarayevin zəngin irsinin qiymətli incisi olan “Yeddi gözəl” baletini yeni quruluşda səhnəyə qoymuşdur. Son illər teatrda yaranmış ənənəyə uyğun olaraq ilk tamaşadan əvvəl sənət bilicilərinin jurnalistlərin iştirakı ilə əsərə sınaq baxışı keçirildi.

Teatrın direktoru Akif Məlikov bildirdi ki, dünya şöhrətli bəstəkarın əsərinə professional kollektivin indiki müraciəti təsadüfi deyildir. 2008-ci il Azərbaycan mədəniyyəti incəsənəti tarixində yaddaqalan hadisələrlə əlamətdardır. Bu sırada Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ xalq artisti, Lenin Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin 90 illik yubileyi daha böyük önəm daşıyır. İlin əvvəlindən dahi sənətkarın yubileyi ilə bağlı həm Azərbaycanda, həm bir sıra xarici ölkələrdə müxtəlif tədbirlər keçirilməkdədir. Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının yeni quruluşda səhnəyə qoyduğu “Yeddi gözəl” baleti bu yubileyə milli balet ustalarımızın töhfəsidir. Simfonik musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yazan Qara Qarayevin yaradıcılığında “Yeddi gözəl” baleti xüsusi yer tutur. Bu balet böyük sənətkara ümumdünya şöhrəti gətirmiş, onu Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda məşhurlaşdırmışdır. Bütün bunlara görə teatrın balet truppası əsəri böyük sevgi məsuliyyətlə səhnələşdirmişdir.

Sonra teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva “Yeddi gözəl”in XXI əsrdəki quruluşu barədə toplaşanlara ətraflı məlumat verdi. O bildirdi ki, Q.Qarayev “Yeddi gözəl” baletini Azərbaycanın böyük şair mütəfəkkiri Nizami Gəncəvinin 800 ililk yubileyinə həsr edib. Tamaşanın librettosu şair eyni adlı poemasının motivləri əsasında yazılmışdır. Baletin ilk tamaşası 1952-ci il noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında keçirilmişdir. Bundan sonra uzun illər boyu “Yeddi gözəl” teatrın repertuarında möhkəm yer tutmuş Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış etmişlər. “Yeddi gözəl” bir sıra xarici ölkələrdə müvəffəqiyyətlə səhnəyə qoyulmuşdur.

Lakin zaman keçmiş və quruluşun köhnəlməsi səbəbindən bir neçə il bundan öncə tamaşa teatrın repertuarından çıxarılmışdır. Böyük bəstəkarın yubileyi ərəfəsində Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı rəhbərliyinin təşəbbüsü, Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə “Yeddi gözəl” baletini yeni quruluşda, həm yüksək bədii səviyyədə səhnəyə qoymaq qərara alındı. Əsl peşəkarlardan ibarət beynəlmiləl heyətin gərgin əməyi səyi nəticəsində yüksək səviyyəli bir tamaşa ərsəyə gəlmişdir.

Tamaşanın musiqi rəhbəri və dirijoru istedadlı musiqiçi Elşad Bağırovdur. O, Azərbaycan Leninqrad konservatoriyalarını bitirmiş, dirijor kimi fəaliyyətinə Rusiya Akademik Böyük Teatrında başlamışdır. Həmyerlimiz Böyük Teatrda Kremlin Qurultaylar Sarayında tamaşa konsertləri idarə etmişdir. Elşad Bağırov 1986- ildən İstanbul Opera Balet Teatrında çalışır. 35-dən artıq tamaşanın musiqi rəhbəri dirijorudur. Bu illər ərzində o, dünyanın tanınmış rejissor baletmeysterlərindən Yuri Qriqoroviç, Yuri Vamoş, Aydın Gün, Valentin Yelizarov b. ilə birlikdə tamaşalar səhnələşdirmişdir.
“Yeddi gözəl” tamaşasının quruluşçu baletmeysteri dünya şöhrəti Rusiya xoreoqrafı Vasili Medvedevdir. O, balet solisti kimi karyerasını başa vurduqdan sonra uzun illərdir ki, baletmeyster kimi fəaliyyət göstərir. Sənətkarın quruluş verdiyi tamaşalar Yaponiya, Kanada, Türkiyə, Çexiya, Estoniya, Rusiya, Bosniya, Fransa, Almaniya kimi ölkələrin ən nüfuzlu teatrında uğurla nümayiş olunur. Estoniyanın əməkdar artisti bu ölkənin dövlət mükafatı laureatı, “Dans-Open” beynəlxalq balet festivalının bədii rəhbəri, YUNESKO yanında Beynəlxalq Rəqs Şurasının üzvü Vasili Medvedev Qara Qarayev sənətinə sevgi ehtiramını yeni quruluşun ruhuna hopdurmuş, əsəri müasir üslubda təqdim etməyə nail olmuşdur.

Tamaşanın liberetto müəllifi Yana Temiz M.Lomonosov adına MDU-nu və SSRİ EA Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirmişdir. O, 20 ildən artıqdır ki, Türkiyədə yaşayır, rus ingilis dillərinin tədrisi, jurnalistika, tərcümə yaradıcılıq fəaliyyətə ilə məşğul olur. Son illərdə isə balet librettoları üzərində çalışır. Baletin uğurunu təmin edən əsas şəxslərdən biri səhnə tərtibatının müəllifi — Rusiya Akademik Böyük Teatrının dekoratorçu rəssamı Dmitri Çerbadjidir. Onun eskizləri əsasında tamaşa üçün çox zəngin baxımlı dekorasiyalar hazırlanmışdır. Son dərəcə incə, hər biri sənət nümunəsi olan səhnə kostyumlarının müəlifi isə əməkdar rəssam Tahir Tahirovdur. Tamaşada Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı balet truppasının sənətçiləri çıxış edirlər.

Yeni quruluş barədə məlumatdan və iştirakçıların sualları cavablandırıldıqdan sonra pərdələr açıldı, sınaq tamaşası başlandı. Əsas rolları ifa edən əməkdar artistlər İslam İslamov (Bəhram şah), Kamilla Hüseynova (Gözəllər gözəli) Alsu Qimadiyeva (Məğrib gözəli), Yelena Skomoroşenko (Slavyan gözəli), Samir Səmədov (Səməndər), aparıcı solistlər Nigar İbrahimova (Hind gözəli), Olqa İlinıx (Xarəzm gözəli), Tamilla Məmmədzadə (Çin gözəli), Emilya Mençinskaya (Bizans gözəli) b. yeni quruluşun özəlliklərini məharətlə nümayiş etdirdilər.

Noyabrın 29-da isə şəhərimizin mədəni həyatında çox önəmli bir hadisə baş verdi. Milli balet sənətimizin ən dəyərli nümnələrindən biri olan “Yeddi gözəl” baleti yenidən Opera Balet Teatrının repertuarına qayıtdı. Premyeranı əsl bayrama çevirmək fikrində olan teatr rəhbərliyi ilk tamaşaya bir çox fəxri qonaqlar dəvət etmişdi. Onların arasında Qara Qarayevin övladları – oğlu Fərəc Qarayev onun ailə üzvləri, qızı Züleyxa Bağırova da var idi. İlk tamaşa böyük uğurla keçdi, dəfələrlə alqışlandı. Rusiya Akademik Böyük Teatrı balet truppasının bədii rəhbəri Yuri Buzlaka, Almaniyadan Münxen Musiqi Festifalının bədii rəhbəri Korneliya fon Kersenbrok, bu festifalın təşkilatçısı Lüdviq Bauntan, çexiyalı baletmeyster Stanislan Feço b. da salonda idilər. Bu gözəl balet hələ uzun illər boyu milyonlarla tamaşaya zövq verəcək, sənətsevərlərin ruhunu oxşayacaqdır. Yaxın zamanlarda xarici tamaşaçılar da “Yeddi gözəl” baletini seyr etmək imkanı qazanacaqlar.

Xalq qəzeti.- 2008.- 30 noyabr.- S. 7.