Yeddi gözəlbaletinə ictimai baxış keçirildi

 

Tamaşa Qara Qarayevin 90 illik yubileyinə həsr olunub

 

Dünən Opera Balet Teatrının səhnəsində Qara Qarayevin "Yeddi gözəl" baletinə ictimai baxış keçirildi. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Əlimirzəyeva çıxış edərək tamaşanın tarixindən, onun yaradıcı qrupundan danışaraq, bildirdi ki, bu il Azərbaycan mədəniyyəti incəsənəti tarixində bir çox əlamətdar hadisələrlə yadda qalacaqdır. Bu sırada Azərbaycanın dünya şöhrətli bəstəkarı, SSRİ Xalq Artisti, Lenin Dövlət mükafatları laureatı Qara Qarayevin 90 illik yubileyi daha böyük önəm daşıyır. İlin əvvəlindən bəri dahi sənətkarın yubileyi ilə bağlı həm Azərbaycanda, həm də bir sıra xarici ölkələrdə çoxsaylı yubiley tədbirləri keçirilmişdir. Lakin Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının yeni quruluşda səhnəyə qoyduğu "Yeddi gözəl" baleti Qara Qarayevin yubileyinə ən dəyərli hədiyyə, ən layiqli töhfədir.

Simfonik musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yazan Qara Qarayevin yaradıcılığında "Yeddi gözəl" baleti xüsusi bir yer tutur. Bu balet böyük sənətkara ümümdünya şöhrəti gətirmiş, onu Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda belə məşhurlaşdırmışdır. Şükufə xanım qeyd etdi ki, Q.Qarayev "Yeddi gözəl" baletini Azərbaycanın böyük şair mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyinə həsr etmişdir. Tamaşanın librettosu Nizaminin eyniadlı əsərinin ("Yeddi gözəl" poeması) motivləri əsasında yazılmışdı. Baletin ilk tamaşası 1952-ci il noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında keçirilmişdi. Bundan sonra uzun illər boyu "Yeddi gözəl" Opera Balet Teatrının repertuarında əsas yer tutmuş Azərbaycanın balet ustaları bu tamaşa ilə bir sıra xarici ölkələrdə qastrol səfərlərində uğurla çıxış etmişlər.

"Yeddi gözəl" bir sıra xarici ölkələrdə də müvəffəqiyyətlə səhnəyə qoyulmuşdu. Lakin zaman keçmiş quruluşun köhnəlməsi səbəbindən bir neçə il bundan öncə tamaşa teatrın repertuarından çıxarılmışdı.

Böyük bəstəkarın yubileyi ərəfəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı rəhbərliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə milli balet sənətimizin incilərindən olan "Yeddi gözəl" baletini yeni quruluşda, həm də yüksək bədii səviyyədə səhnəyə qoymaq qərara alındı. Əsil peşəkarlardan ibarət beynəlmiləl yaradıcı heyətin gərgin əməyi səyi nəticəsində hazırda yüksək səviyyəli bir tamaşa araya-ərsəyə gəlmişdir.

O, qeyd etdi ki, tamaşanın musiqi rəhbəri və dirijoru Elşad Bağırovdur. Balet tamaşasının quruluşçu baletmeysteri dünya şöhrətli rusiyalı xoreoqraf Vasili Medvedyev, libretto müəllifi Yana Temizdir: "Baletin uğurunu təmin edən əsas cəhətlərdən biri tamaşanın səhnə tərtibatının müəllifi Rusiya Akademik Böyük Teatrının dekoratorçu rəssamı Dmitri Çerbadjidir. Onun eskizləri əsasında tamaşa üçün çox zəngin baxımlı dekorasiyalar hazırlanmışdır. Tamaşanın son dərəcə incə zərif, hər biri əsil sənət nümunəsi olan səhnə kostyumlarının müəllifi isə Azərbaycanın Əməkdar rəssamı Tahir Tahirovdur.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının sənətçiləri - əməkdar artistlər İslam İslamov (Bəhram şah), Kamilla Hüseynova (Gözəllər gözəli), Alsu Qimadiyeva (Məğrib gözəli), Yelena Skomoroşenko (Slavyan gözəli), Samir Səmədov (Səməndər), aparıcı solistlər Nigar İbrahimova (Hind gözəli), Olqa İlinıx (Xarəzm gözəli), Tamilla Məmmədzadə (Çin gözəli), Emiliya Mençinskaya (Bizans gözəli) və b. ifa edirlər.

Tamaşanın premyerasına Qara Qarayevin ailə üzvləri, qızı Züleyxa Bağırova dəvət olunmuşdu. Noyabrın 29-da keçiriləcək premyerada isə Rusiya Akademik Böyük Teatrı balet truppasının bədii rəhbəri Yuri Burlaka, Almaniyadan Münhen Musiqi sənəti festivalının bədii rəhbəri təşkilatçısı Korneliya fon Kerssenbrok Lüdviq Bauman, Praqa Opera Balet Teatrının baletmeysteri Stanislav Feço, Rusiyanın populyar "Balet" jurnalının müxbiri Olqa Rozanova b. dəvət ediləcək.

Tamaşada əsas obraz olan gənc Bəhram şah gözəl və cəsarətli, çevik və bacarıqlı, güclü hakimiyyətə malik hökmdar kimi verilmişdi. O, bütün düşmənlərə qalib gəlmiş, hətta əjdaha ilə döyüşünü uğurla başa vurmuş, həyatsevər özünə inamlı qəhrəmandır. Baletdə təsvir olunan hadisələr çərçivəsində böyük şah bütün vaxtını sevimli əyləncəsinə - ova sərf edir. Ovunu təqib edən Bəhram təsadüfən bir mağaraya gəlib çıxır. Mağaranın divarında o, yeddi əfsanəvi gözəlin təsvirini görür. Bütün hadisələr maraqlı bir şəkildə səhnədə bədii həllini tapmışdır.

Hadisələrin gedişi maraqlı süjetlə davam etdirilirdi. Dünyanın müxtəlif ölkələrini gözəlləri ilə görüşlər baletə əlvanlıq bəxş edir. Slavyan gözəlinin göy rəngli otağı - səma su kimi harmoniya, rahatlıq dinclik bəxş edir. Onun ətrafında büllur damcılar bərq vuraraq rəqs edir. Slavyan gözəli süzgün, zərif nəvazişkardır. O, sevgisində dinclik qəlb rahatlığı tapmağa çalışır. Lakin Bəhram dərk edir ki, qızıl, yaşıl təbiət, dərin qəlb rahatlığı - bu, hələ onun əldə etmək arzusunda olduğu əsil istəyi deyildir o, geyimli gözəli axtarıb tapmaq üçün altıncı gözəli tərk edir. Yalnız o, gözəllər gözəli Bəhramı xoşbəxt edə bilər: rəng təmizlik xeyirxahlıq, müdriklik işıq deməkdir. rəng günəş spektrinin bütün rənglərini birləşdirir. Bəhram ətrafındakı insanlardan ayrılaraq, təklikdə sarayın öz sahibəsinə qovuşmamış otağına yollanır. Dəbdəbəli zalda hər şey tərtəmiz ağappaqdır. Bu təmizlik ağlıq içərisində şah Bəhram tamamilə təkdir, o, gümüşü aynaya diqqətlə baxaraq, aynanın dərinliyində özünü gözəli axtarır. Gözəllər gözəlini yad ölkələrdə axtarmaq gərək deyildi, yalnız diqqətlə ətrafı nəzərdən keçirmək lazım idi.

Nəhayət, Bəhram özünü xoşbəxt hiss edir, axır ki, o, arzuladığı hər şeyə nail olmuşdur. Tamaşanın hər şəklində müəllif obrazlarını tamaşaçı ilə yaxından tanış edir, onun lirik psixolji vəziyyətini dramatik şəkildə təqdim edir. Şah Bəhramın sonuncu ovunu təsvir edən səhnədə hər şey əvvəlki kimidir, lakin ov ona, əvvəllər olduğu kimi, heç bir zövq vermir. Bəhram artıq hər kiçik şeyə sevinən qayğısız gənc deyildir, o öz gözəlini tək qoyaraq gəldiyinə peşmandır. Tale Bəhramı bir daha yeddi gözəli gördüyü mağaraya gətirib çıxarır. Qaranlıq mağara göy qurşağını bütün rəngləri ilə işıqlanır yeddi gözəl sehirli rəqsləri ilə görünürlər.

Tamaşa nikbin sonluqla başa çatdı. Azərbaycan səhnəsində "Yeddi gözəl" baleti daha bir yeni ömrünü alqışlarla yaşadı.

 

Səs.- 2008.- 28 noyabr.- S. 12.