Arif Məlikovun 75 illiyinə həsr olunmuş beynəlxalq festival

 

Dünya şöhrətli bəstəkar Arif Məlikovun 75 illik yubileyi ilə əlaqədar beynəlxalq festival keçiriləcək. Festival çərçivəsində Mədəniyyət Turizm Nazirliyi tərəfindən xüsusi proqram tərtib edilib. Nazirliyin mətbuat xidmətinin məlumatına istinadən, noyabrın 19-da Azərbaycan Dövlət Filarmoniyasında yubiley gecəsi keçiriləcəkdir. Noyabrın 21 22- isə Heydər Əliyev adına Sarayda Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti nümayiş olunacaq. Dünya şöhrətli sənətçi Corc Balançinin xoreoqrafiyasında biraktlı baletlərin nümayişi, Noyabrın 26-da Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın əsərlərindən ibarət kamera konserti, Bakı Musiqi Akademiyasında estrada mahnılarından ibarət konsertin keçirilməsi nəzərdə tutulub.

 

Səs.- 2008.- 19 noyabr.- S. 16.