Zümrüd

 

Arif Mə­li­kov Azər­bay­can mu­si­qi­si­nin klas­si­ki­dir

 

Bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş el­mi konf­rans

 

Dü­nən dün­ya şöh­rət­li bəs­tə­kar Arif Mə­li­ko­vun 75 il­lik yu­bi­le­yi ilə bağ­lı sil­si­lə təd­bir­lə­rin da­va­mı ola­raq Ba­kı Caz Mər­kə­zin­də sə­nət­ka­ra həsr olun­muş konf­rans ke­çi­ril­di. Konf­ran­sı gi­riş sö­zü ilə SSRİ və Azər­bay­can xalq ar­tis­ti, Döv­lət Mü­ka­fa­tı lau­rea­tı, Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın rek­to­ru, pro­fes­sor Fər­had Bə­dəl­bəy­li aça­raq, Azər­bay­can bəs­tə­kar­lıq mək­tə­bi­nin in­ki­şa­fın­da və tə­mə­li­nin da­ha da möh­kəm­lən­mə­sin­də Arif Mə­li­ko­vun ro­lu­nu qeyd edə­rək, onun ya­rat­dı­ğı əsər­lə­rin bü­tün dün­ya­da məş­hur ol­du­ğu­nu nə­zə­rə çat­dır­dı. O bil­dir­di ki, Arif Mə­li­kov mu­si­qi sə­nə­ti alə­min­də elə bir sə­viy­yə­yə yük­səl­miş­dir ki, onun ya­ra­dı­cı­lıq nü­mu­nə­lə­ri­nin hər bi­ri əsr­lə­rin yad­da­şı­na iz sa­la­caq. Arif Mə­li­kov aka­de­mik sə­viy­yə­də olan bəs­tə­kar ki­mi mu­si­qi­nin, de­mək olar ki, bü­tün janr­la­rı­na mü­ra­ci­ət et­miş, klas­sik səh­nə əsər­lə­ri­nin mü­əl­li­fi­nə çev­ril­miş­dir. Be­lə bir ya­ra­dı­cı­lıq məh­su­lu­na ma­lik olan sə­nət­kar ba­let, ope­ret­ta, kon­ser­ti­no, sim­fo­ni­ya və s. əsər­lər ya­ra­da­raq, XX əs­rin bö­yük sə­nət­kar­la­rı sı­ra­sın­da öz ye­ri­ni tut­muş­dur. Konf­rans­da Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın el­mi ya­ra­dı­cı­lıq təd­qi­qa­tı üz­rə pro­rek­to­ru əmək­dar in­cə­sə­nət xa­di­mi, fəl­sə­fə elm­lə­ri dok­to­ru Gül­naz Ab­dul­la­za­də "Arif Mə­li­kov ya­ra­dı­cı­lı­ğı el­mi təd­qi­qat ob­yek­ti­dir" möv­zu­sun­da çı­xış edə­rək, bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğı­na da­xil olan möv­zu rən­ga­rəng­li­yi­nə və janr müx­tə­lif­li­yi­nə nə­zər sa­lıb, el­mi şə­kil­də mü­na­si­bə­ti­ni bil­dir­di. O qeyd et­di ki, Arif Mə­li­kov be­lə bir zən­gin ya­ra­dı­cı­lıq yo­lu­na ma­lik bəs­tə­kar­dır ki, onun ya­rat­dı­ğı əsər­lə­rin janr müx­tə­lif­li­yin­dən ası­lı ol­ma­ya­raq, hər bi­ri bö­yük bir təd­qi­qat işi­nin ob­yek­ti­dir. Bu ba­xım­dan, bəs­tə­kar­lıq mək­tə­bi­nin gənc nü­ma­yən­də­lə­ri onun ya­ra­dı­cı­lı­ğı­na mü­ra­ci­ət edə­rək, el­mi təd­qi­qat iş­lə­ri­ni da­vam et­di­rir­lər. Azər­bay­can sim­fo­nik və ba­let jan­rın­da ya­rat­dı­ğı əsər­lə­ri dün­ya öl­kə­lə­ri­nin bö­yük kon­sert sa­lon­la­rın­da uğur­la səs­lən­di­ril­miş, mü­əl­li­fə, elə­cə də, Azər­bay­can mu­si­qi­si­nə bö­yük şöh­rət qa­zan­dır­mış­dır. Sə­nət­şü­nas­lıq na­mi­zə­di La­lə Cə­fə­ro­va "Arif Mə­li­kov ba­le­tin­də tembr və fak­tor rən­ga­rəng­li­yi" möv­zu­sun­da çı­xış edə­rək, Arif Mə­li­ko­vun ba­let və sim­fo­nik mu­si­qi əsər­lə­ri­nin mü­əl­li­fi ki­mi xa­rak­te­ri­zə edib, onun ya­ra­dı­cı­lı­ğı­nı bü­tün dün­ya­da bir­mə­na­lı ola­raq qə­bul olun­du­ğu­nu bil­di­rə­rək, bəs­tə­ka­rın ya­ra­dı­cı­lı­ğın­da ye­ni for­ma­la­rın, ax­ta­rış­la­rın öz ək­si­ni tap­dı­ğı­nı qeyd et­di":Mü­əl­lif ya­ra­dı­cı­lı­ğı­nın rən­ga­rəng­li­yi­ni əks et­di­rən XX əs­rin əv­vəl­lə­rin­də mu­si­qi for­ma­sı­nı ya­ra­dan ak­tiv ele­ment­lər­dən bi­ri olan tembr və fak­tu­ra­nın mu­si­qi ob­raz­la­rı­nın in­ki­şa­fı­na və bə­dii fik­rin qu­rul­ma­sı­nın möh­kəm­lən­mə­si­nə tə­sir edir. Ba­let mu­si­qi­si mü­əl­li­fin ins­tru­men­tal, har­mo­nik, re­gistr, fak­tu­ra­lı və s. ya­zı üs­lub­la­rın­dan is­ti­fa­də et­mək­lə qey­ri-adi səs­lən­mə­yə na­il ola­raq tembr ak­tiv­li­yi­ni yük­sək də­rə­cə­yə çat­dı­rır. Bəs­tə­kar müx­tə­lif im­kan­lar­la or­kestr fak­tu­ra­sı­nı iş­lət­mək­lə fak­tu­ra dra­ma­tur­gi­ya­sı­nı in­ki­şaf et­dir­miş­dir". La­lə Cə­fə­ro­va mü­əl­li­fin dra­ma­tur­gi­ya­sın­da­kı qeyd olu­nan mə­qam­la­rın onun ya­ra­dı­cı­lıq üs­lu­bun­da­kı özü­nə­məx­sus dəs­ti-xət­ti­ni sü­but et­di­yi­ni gös­tə­rə­rək Arif Mə­li­ko­vun sə­nət­kar­lıq xü­su­siy­yət­lə­ri­nin təd­qiq ele­men­ti ki­mi bö­yük ma­hiy­yət da­şı­dı­ğı­nı konf­rans iş­ti­rak­çı­la­rı­nın nə­zə­ri­nə çat­dır­dı. Azər­bay­can mu­si­qi­sin­də bəs­tə­kar ki­mi yer qa­zan­mış sə­nət­ka­rın ba­let mu­si­qi­si dün­ya öl­kə­lə­rin­də mu­si­qi­çi­lə­rin diq­qə­ti­ni cəlb et­miş, onun ba­let­lə­ri Arif Mə­li­ko­va bö­yük uğur gə­tir­miş­dir. Kon­fans­da Ba­kı Mu­si­qi Aka­de­mi­ya­sı­nın Mu­si­qi Ta­ri­xi Ka­fed­ra­sı­nın mü­di­ri, sə­nət­şü­nas­lıq na­mi­zə­di Ül­viy­yə İma­no­va "Arif Mə­li­kov sim­fo­ni­ya­sı­nın dra­ma­tur­gi­ya­sın­da tə­zad­lı prin­si­pə da­ir", əmək­dar in­cə­sə­nət xa­di­mi, fəl­sə­fə elm­lə­ri dok­to­ru Tel­man Ha­cı­yev "Arif Mə­li­kov fe­no­me­ni", sə­nət­şü­nas­lıq na­mi­zə­di Zem­fi­ra Qa­far­zə­də "Arif Mə­li­kov Azər­bay­can mu­si­qi­si­nin klas­si­ki­dir", sə­nət­şü­nas­lıq na­mi­zə­di, pro­fes­sor Va­li­də Şə­ri­fo­va - Əli­xa­no­va "Arif Mə­li­ko­vun "Mə­həb­bət əf­sa­nə­si ba­le­ti", fəl­sə­fə elm­lə­ri na­mi­zə­di, do­sent Va­qif Ha­cı­yev "Arif Mə­li­ko­vun fley­ta üçün kon­ser­ti­no in­terp­re­ti­si­ya mə­sə­lə­lə­ri­nə da­ir", fəl­sə­fə elm­lə­ri dok­to­ru Xa­vər Əh­mə­do­va "Arif Mə­li­ko­vun es­te­tik ba­xış­la­rı" və baş­qa­la­rı müx­tə­lif möv­zu­lar­da çı­xış edə­rək, Arif Mə­li­kov ya­ra­dı­cı­lı­ğı­nın spe­si­fik xü­su­siy­yət­lə­ri­nə, onun Azər­bay­can mu­si­qi sə­nə­ti ta­ri­xi­nə gə­tir­di­yi no­va­tor­çu­luq ide­ya­la­rı­na diq­qət ye­ti­rib, bir sə­nət­kar ki­mi zən­gin ya­ra­dı­cı­lıq ir­si­nə nə­zər sal­dı­lar. 75 il­lik yu­bi­ley təd­bi­ri­nə həsr olun­muş konf­rans­da Arif Mə­li­kov ya­ra­dı­cı­lı­ğı­nın, de­mək olar ki, bü­tün janr­la­rı sə­nət­kar­lar tə­rə­fin­dən xa­rak­te­ri­zə olu­na­raq, onun dra­ma­tur­ji xət­ti­nə işıq sa­lın­dı. Qeyd olun­du ki, Arif Mə­li­ko­vun mu­si­qi­si öz də­rin məz­mu­nu, ob­raz­la­rın çox­şa­xə­li­li­yi ilə fərq­lə­nir. Onun mu­si­qi­si uzaq keç­mi­şə və müa­sir döv­rə aid ger­çək­li­yin müx­tə­lif cə­hət­lə­ri­ni açıq­la­yır. Qəh­rə­man­lıq möv­zu­su­na, dra­ma­tik və li­rik möv­zu­la­ra həsr edil­miş, zən­gin emo­sio­nal məz­mu­nu ilə se­çi­lən bu mu­si­qi­də ob­raz­lar fəl­sə­fi-psi­xo­lo­ji as­pekt­də əks olu­nur. Na­zim Hik­mə­tin lib­ret­to­su əsa­sın­da yaz­dı­ğı "Mə­həb­bət əf­sa­nə­si" ba­le­ti­nin prem­ye­ra­sı 1961-ci il­də Ru­si­ya­da, Le­ninq­rad­da­kı Ma­ri­ya Te­at­rı­nın səh­nə­sin­də oy­na­nıl­mış­dır. Be­lə bir sə­nət­ka­ra uğur­lar ar­zu­lan­dı, 75 il­lik yu­bi­le­yi­nə ən bö­yük hə­diy­yə sə­mi­mi fi­kir­lər ol­du. Konf­rans iş­ti­rak­çı­la­rı­nın çı­xış­la­rı so­na yet­dik­dən son­ra Arif Mə­li­ko­vun əsər­lə­rin­dən iba­rət kon­sert proq­ra­mı təq­dim olun­du.

 

Səs.- 2008.- 21 noyabr.- S. 14.