Mükərrəmoğlu
M.
Sabah
Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin
konfransı öz işinə başlayır
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən
məlumatda bildirilir ki, dekabrın 2-dən 3-dək
Azərbaycan Respublikasının paytaxtı Bakı
şəhərində Azərbaycan hökuməti və Avropa
Şurasının birgə təşkilatçılığı
ilə “Mədəniyyətlərarası dialoq Avropa və
onun qonşu regionlarında sülhün və davamlı
inkişafın əsasıdır” mövzusunda mədəniyyət
nazirlərinin konfransı keçiriləcəkdir.
Azərbaycan
Respublikası beynəlxalq birliyin bərabərhüquqlu
subyekti kimi dünyaya inteqrasiya siyasəti
çərçivəsində Avropa Şurası ilə
uğurlu əməkdaşlıq edir. Bu
əməkdaşlığın
dərinləşdirilməsi Azərbaycanın nüfuzunun
artmasına və təşkilata üzv
dövlətlərlə münasibətlərin
hərtərəfli inkişafına təkan vermişdir.
Azərbaycanda
mədəniyyətlərarası dialoqun inkişaf
etdirilməsi istiqamətində beynəlxalq səviyyəli
silsilə tədbirlər həyata keçirilir. Avropa
Şurasına üzv dövlətlərin
mədəniyyət nazirlərinin iştirakı ilə
“Mədəniyyətlərarası dialoq Avropa və onun
qonşu regionlarında davamlı inkişafın və
sülhün əsasıdır” mövzusunda konfransın
geosiyasi mövqe baxımından sivilizasiyalar qovuşuğunda
yerləşən Azərbaycanın paytaxtı Bakı
şəhərində keçirilməsinə dair təklif
belə tədbirlərdən biri kimi Avropa Şurasının
rəhbərliyi tərəfindən dəstəklənmişdir.
Konfransın
proqramına müxtəlif tədbirlər daxildir. Gülüstan
sarayında konfransın açılış mərasimi
dekabrın 2-də olacaq. Həmin gün konfransda Avropa
Şurasının baş katibi, Avropa Şurası Nazirlər
Komitəsinin sədri, YUNESKO-nun baş direktoru
çıxışlar edəcəklər.
Konfransın I
sessiyasında “Ağ kitab”ın, II sessiyasında isə
mədəniyyət siyasəti proqramları və
təşəbbüsləri, mədəniyyətlərarası
dialoq məsələləri ətrafında
müzakirələr aparılacaq.
Həmin gün
keçiriləcək III sessiyada isə əsas
müzakirə obyekti irs və
mədəniyyətlərarası dialoq olacaqdır.
Dekabrın 3-də
isə konfrans nümayəndələri
müzakirələrin nəticələrini
nəzərdən keçirəcək və Bakı
Bəyannaməsini qəbul edəcəklər.
Sonda jurnalistlər üçün mətbuat
konfransı keçirilməsi də nəzərdə tutulur.
Xalq qəzeti.- 2008.- 30
noyabr.- S. 6.