Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecə

 

İsrailin "Aşdod" Kamera Opera Teatrında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş gecə keçirilmişdir. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən gecədə M.Maqomayevi şəxsən tanıyanlar onun yaradıcılığı insani keyfiyyətləri barədə fikirlərini bölüşmüşlər. Æurnalist Tatyana Barskaya Azərbaycanın xalq artisti Dina Tumarkina dahi sənətkarla görüşlərindən xatirələrini danışmışlar. Assosiasiyasının idarə heyətinin üzvü Yana Salman bildirmişdir ki, dünya şöhrətli, bənzərsiz ifaçı Müslüm Maqomayev Azərbaycan milli elitasının layiqli təmsilçisi kimi həm vətənpərvər idi, öz yaradıcılığı ilə Azərbaycanı təbliğ edirdi.

Tədbirdə ümummilli lider Heydər Əliyevin Müslüm Maqomayev haqqında bir fikri xüsusi qeyd olunmuşdur: "Müslüm təkcə elə özünün yazdığı "Azərbaycan" mahnısını oxusaydı, bununla onun adı Azərbaycan tarixinə yazılacaqdı".

Müslüm Maqomayevin dostu, Azərbaycanın xalq artisti Tofiq Mirzəyevin xatirələri də maraqla qarşılanmışdır.

Teatrın solistləri mərhum sənətkarın repertuarından romanslar və estrada mahnıları ifa etmişlər.

Tədbirin sonunda unudulmaz ifaçının son bəstəsi olan "Əlvida Bakı" mahnısı səsləndirilmişdir.

 

Səs.- 2008.- 18 noyabr.- S. 12.