Meksikada Azərbaycan haqqında
veriliş yayımlanıb
Meksikanın ən populyar radiokanallarından hesab olunan, ölkədə 10 ən yaxşı kanal siyahısına daxil olan "Horizonte" FM 107.9 kanalında
"Səyahətlər" musiqili informasiya proqramı çərçivəsində
Azərbaycan haqqında
2 saatlıq veriliş
təqdim olunub. Verilişin əvvəlində
"Laçın" mahnısı
səsləndirilib, sonra
Azərbaycanın Meksikadakı
müvəqqəti işlər
vəkili İlqar Muxtarov Azərbaycanın tarixi, arxeoloji abidələri, mədəni
ənənələri barədə
söhbət açıb.
Vaqif Mustafazadənin
"Yollar" diskindən
musiqi səsləndirilərək
efirdə caz ilə muğamın sintezi barədə də söz açılıb və bu, radio dinləyicilərinin
xüsusi marağına
səbəb olub. Səfirliyin nümayəndəsi
Nərgiz Rəhimxanova
dinləyicilərə Azərbaycan
milli mətbəxi barədə məlumat verib. Proqramın qonağı, Asul adlı 8 yaşlı meksikalı qız Azərbaycanın nadir at cinsləri barədə danışaraq,
özünün çox
xoşladığı Qarabağ
cinsinin xüsusiyyətlərini
sadalayıb. Vaqif Mustafazadənin musiqisi yazılmış "Yollar"
diski radiokanala hədiyyə edilib.
525-ci qəzet.- 2008.- 22 noyabr.- S. 21.