Salmanov R.

 

Səs də həmin səsdir, həvəs də

 

Heydər Əliyev adına sarayda SSRİ və Azərbaycan Respublikasının xalq artisti, sevimli müğənnimiz Zeynəb Xanlarovanın “Dünyanın Zeynəbi” adlı uğurlu solo konserti oldu. Neçə illik fasilədən sonra bu möhtəşəm sənət ocağında Zeynəb xanımın konsertinə düşmək istəyənlərin sayı həddindən çox olsa da, bəxti gətirənlər yalnız salon tutan qədər idi.

15 mart 2006-cı ildən möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə saray əsaslı təmirə dayanmışdı. Çox qısa zamanda saray, demək olar ki, tam yenidən qurulub xalqın ixtiyarına verilmişdir. Gözəl səhnə tərtibatı, al-əlvan çilçıraqlar, dünya standartlarına uyğun işıq səs qurğuları, göz oxşayan 2500 yerlik zal, əvvəlkindən fərqli yeni oturacaqlar, zövqlə işlənilmiş foye, bir sözlə, burada hər şey göz oxşayır. Hiss edirsən ki, bu gözəlliyi yaradanlar ilk növbədə, xalqın estetik zövqünü, ruhunu oxşamağa çalışıblar.

Lakin bu qədər insanı bir araya gətirən təkcə sarayın zahiri və daxili gözəlliyi deyil, eyni zamanda, illərdən bəri ürəkləri riqqətə gətirən bu ecazkar səsin sehrinə dalmaq, onu bir də canlı olaraq eşitmək arzusu, əsl sənət yanğısı idi. Bu insanlar əsl sənət korifeyi Zeynəb Xanlarovanın pərəstişkarları idi...

Elə bu səbəbdən də “Dünyanın xoşbəxti mənəm dünyada” mahnısının sədaları altında səhnəyə qədəm qoyan Zeynəb Xanlarovanı tamaşaçılar ayaq üstə, sürəkli alqışlarla qarşladılar. İlk dəfə 1972-ci ildə bu sarayın açılışında konsert verdiyini həmin konsertdə ulu öndər Heydər Əliyevin iştirak etdiyini açıqlayan Zeynəb xanım ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi sənətsevər tamaşaçılardan xahiş etdi. Sonra isə – “ qədər səsim var, qədər ki, xalq məni sevib konsertimə gələcək, bir o qədər mən oxuyacağam” – dedi.

Azərbaycan xalq, bəstəkar, türk, bolqar, moldavan, gürcü, rus dillərində bir sıra dünya xalqlarının mahnılarını tamaşaçılar rəğbətlə qarşıladılar. Repertuara əsasən Zeynəb xanımın öz bəstələdiyi, Ələkbər Tağıyevin az qala hamının əzbər bildiyiYa bir olar, ya iki”, “Sən-sən”, “Qoy gülüm gəlsin”, “Qoy belə olsun”, türk mahnılarındanSev kardeşim”, “Züleyxam”, “Dön bana”, “Füzuli dünyası bir çox digər mahnılar daxil idi. Birnəfəsə, dayanmadan canlı olaraq 14 mahnı ifa etməyin demək olduğunu sənət adamları yəqin ki, yaxşı bilirlər. Hər mahnının özünəməxsus ifa tərzi, daim hərəkətdə olması Zeynəb sənətinin əsas qayəsini təşkil edir.

Sənət korifeyinin yaşının bu vədəsində əvvəlki tək eyni şövqlə, eyni həvəslə oxuması bir çox gənc, lakin özündən çox razı olan sənətçilərə bir örnək idi. Zeynəb xanım bir daha sübut etdi ki, əsl sənət, fitri istedad heç vaxt yaşla ölçülməyib. Səs həmin səsdir, həvəs o həvəs. Saysız-hesabsız tər çiçək yağışı, tükənməyən alqışlar sənətsevər tamaşaçıların Zeynəb sənətinə verdiyi ən yüksək dəyərin bariz nümunəsi idi.

Zeynəb xanımı müşayiət edən ansamblda müəyyən dəyişikliklər olsa da, ümumən onunla uzun illər birgə çalışan sənətçilər yenə də yanında idilər – respublikanın xalq artistləri Aftandil İsrafilov (qarmon), Sadıq Zərbəliyev (qoşa nağara), Faiq Əlibabayev (qarmon), Almaz Quliyev (nağara), Eyvaz Rzayev (zərb), ansamblın konsertmeystri əməkdar artist Zakir Məmmədov, Səlim Abbasov və Əşrəf Quliyev (ionika). Üzrlü səbəbdən bu möhtəşəm konsertdə iştirak edə bilməyən xalq artisti Vəli Qədimovu gənc klarnet ifaçısı Babək Vəzirov əvəz edirdi.

Üç saatlıq nəzərdətutulan konsert proqramı beş saatadək davam etdi. yorulub gedən, konserti vaxtsız tərk edən oldu. yəqin bu konsert heç vaxt sənətsevər tamaşaçıların xatirindən çıxmayacaq...
Ədalət VəliyevRespublikanın mədəniyyət turizm nazirinin birinci müavini:

– 1 il 8 aylıq fasilədən sonra Heydər Əliyev adına saray əsaslı təmir olunaraq ilk dəfə xalq artisti Zeynəb Xanlarovanın konserti ilə öz qapılarını tamaşçıların üzünə açdı. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin andiçmə mərasimindən sonra ilk böyük konsert Zeynəb Xanlarovanın qismətinə düşüb. Bu gün bu qədər tamaşaçıının bu konsertdə iştirak etməsi bir daha sübut edir ki, xalqımız səviyyəli konsertlər üçün darıxıb. Zeynəb xanıma uzun ömür cansağlığı arzulayıram.

Suğra Bağırzadə - əməkdar artist:

– Bu gün hamımızın bayramıdır. Çünki çoxdan səbrsizliklə gözlədiyimiz bu konsert, axır ki, baş tutdu. Həm yeni son dərəcə zövqlə əsaslı təmir olunmuş saray, həm konserti məhz Zeynəb xanımın verməsi hamımızın ürəyincədir. Arzum budur ki, onun oxumaq arzusunu Tanrı heç vaxt əlindən almasın.

Murad Adıgözəlzadə - M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru:

– Bu gün Azərbaycan mədəniyyətində çox əlamətdar bir gündür. Hamımızın sevimlisi Zeynəb xanımın konsertidir. Çox maraqlıdır ki, saray ilk dəfə 1972-ci ildə istifadəyə veriləndə ilk konsert verən Zeynəb xanım olub. Çox böyük fasilədən sonra eyni şövqlə tamaşaçı alqışı qazanmaq hər kəsə nəsib olmur.

Xalq qəzeti.- 2008.- 8 noyabr.- S. 8.