Ayxan
Tanınmış müğənni, əməkdar
artist Sevda Ələkbərzadə
noyabrın 5-də Avstriyanın
paytaxtı Vyanada
"Sargfabrik" Mədəniyyət
Mərkəzində keçirilən
şərq ölkələrinin
musiqi, rəqs və poeziyasına həsr edilən
"Salam, Şərq" adlı
mədəniyyət festivalında
iştirak edib. Qeyd edək ki, hər
il payız
aylarında baş tutan festivalın builki proqramında da Qafqaz ölkələrinə
geniş yer ayrılıb. Konsertdən əvvəl giriş
sözü ilə çıxış edən
"Salam, Şərq" mədəniyyət
festivalının rəhbəri
Norbert Ehrlix Azərbaycan
musiqisinin vurğunu olduğunu və zövqverici Azərbaycan musiqi parçalarının
Sevda Ələkbərzadənin
ifasında Avstriya dinləyicilərində məmnunluq
yaradacağına əminlik
ifadə edib.
Konsert proqramında S.Ələkbərzadə "Bayatı-kürd",
"Bayatı-Şiraz", "Mahur", "Ay Lolo", "Hardasan",
"Mən səni araram", "Gül açdı" və muğamlarımızı, eləcə
də xalq mahnılarını etno-caz
stilində improvizasiya
edilmiş yeni musiqi çalarlarında ifa edib. Sənətkarın ifası avstriyalı dinləyicilər tərəfindən
böyük heyranlıq
və sürəkli alqışlarla qarşılanıb.
Konsert
proqramı internet vasitəsilə
canlı yayımlanıb. Bir neçə gündən
sonra isə EMAP.FM radiokanalının internet portalında
konsertin səs yazısı yerləşdiriləcək
və musiqisevərlər
istənilən vaxt həmin konserti dinləyə biləcəklər.
Ekspress.- 2008.- 7 noyabr.-
S. 11.