Bakı Uşaq Teatrında 2 əcnəbi aktrisa

 

Alman fransız aktrisaları bir il ərzində Bakı Uşaq Teatrında çalışacaqlar. Bu barədə məlumat verən teatrın direktoru İntiqam Soltan aktrisaların öz istəkləri ilə teatra müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, bir fransız bir alman aktrisası gələn il mayın 31-dək bu teatrda fəaliyyət göstərəcəklər: "Fransız aktrisanın adı Karmen, alman aktrisanın adı isə Ninadır. Bu aktrisalar internet vasitəsi ilə bizim fəaliyyətmizlə tanış olaraq, teatrımıza müraciət ediblər. Onlar məvacib almadan çalışmağa razılıq veriblər. Yaxın vaxtlarda bu aktrisaları tamaşalarda görəcəksiniz".

Müvəqqəti olaraq H.Sarabski adına Mədəniyyət Evində fəaliyyət göstərən teatr kollektivi bir müddət əvvəl "Əhmədin yuxusu" tamaşasını tamaşaçıların ixtiyarına veriblər. Teatr direktorunun əlavəsinə görə, mövsüm "Azərbaycan" şüarı altında açılıb il boyu vətənpərvər tamaşaların hazırlanması nəzərdə tutulub. Bununla yanaşı, hazırda teatrda Vidadi Əliyevin quruluşunda Panço Pançevin "Əkizlərin nağılı" İ.Soltanın quruluşunda İmir Məmmədlinin "Çarə" əsəri səhnələşdirilir.

 

Kaspi.- 2008.- 11 noyabr.- S. 15.